Təzəkənd bazilikası – Ağcabədi rayonu, Təzəkənd yaşayış məntəqəsi yaxınlığında yerləşən üçnefli alban[1] bazilikası.
Alban tarixçisi Musa Kalankatlının Alban salnaməsində Alban katalikosu Lazar haqqında yazarkən göstərir ki, "o, Baqməcdə (Bərdə və Beyləqan arasında yer) Hazarapatı (kəndini) və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. O, bunları Allah-təaladan ona vəhy gələndən sonra bina etmişdir.".Təzəkənd bazilikasının həmin Pantaleon kilsəsinin olduğu fikiri var.
Bazilika plan baxımından üç cüt sütundan ibarət olan binadır. Abidənin uzunluğu 16,5 metr, eni isə 9,2 metrdir. Binanın şərq tərəfində səcdəgah absidaları və yanlarda keşiş cübbələrinin saxlandığı yer vardır. Orta nefin eni 5 metr, yan neflərin eni isə 2,1 metrdir. Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, düzbucaqlı formalara malik olan keşiş cübbələrinin saxlandığı yerlə yandakı neflər başa çatırdı. Bazilikanın döşəməsi bişmiş kərpicdən hazırlanmışdır. Qapı oyuğu qərb tərəfdə yerləşirdi. Səcdəgah absidası nalşəkilli formaya malik idi. Bir-birindən 2 metrlik məsafədə yerləşən sütunlar da çaydaşından tikilmişdir.
Bazilikanın səcdəgahının qarşı hissəsinin təmizlənməsi zamanı aydın olmuşdur ki, səcdəgah hissəsi neflərin döşəməsindən 45 santimetr ucada yerləşir. Bazilika ərazisində tapılmış saxsı materiallarına əsasən bu abidəni V - VI əsrə aid edirlər.
Tarix: 07.03.2013 / 15:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 255 Bölmə: Kilseler