Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tanaat kilsəsi

Tanaat kilsəsi – Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində Ərəfsə (03. 07. 1968 – ci ildə Arevis) kəndi ilə Təzəkənd (03. 07. 1968 – ci ildən Tasik) kəndləri arasında, yüksək dağlıq ərazidə yerləşən qədim alban məbədi. [1] [2]

Bölgədə xristianlığın ilk dövrlərinə (IV – V əsrlərə) aid olan məbəd yarımdağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qırmızı kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi olmuşdur. [3] "Sünik tarixi" əsərinin müəllifi Stepan Orbeliana (XIII yüzil) görə isə məbəd 491 – ci ildə tikilmişdir.

Tanaat məbədi Tatev monastırından sonra bölgədə ikinci ruhani mərkəzi olmuşdur. 1975 – ci ildə məbəd ermənilər tərəfindən bərpa olunarkən köhnə məbəd xarabalıqları arasından Urartu çarı I Argiştiyə məxsus daş kitabənn tapılması haqqında xəbər yayılmışdır.

Məbədin ətrafında XIII – XVII əsrlərə aid xaçdaşlar, qəbirsanlıq, qala xarabalıqları və s. abidə qalıqları vardır. Məbədin yerləşdiyi ərazi qədimdən türk – oğuz boylarının vətəni olmuş, bura, bütövlükdə Zəngəzur mahalına ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.


Tarix: 07.03.2013 / 15:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Kilseler
loading...