Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mamrux məbədi

Mamrux məbədi — Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi. Kilsə Ay və Günəş tanrıları məbədinin özülləri əsasında inşa edilmişdir.

Məbəd olduqca mürəkkəb kompozisiyaya malikdir. Məbəd binasının üç giriş qapısı var. Şərq tərəfində dərin divar oyuğu - apsis vardır. Apsis binanın əsas yuxarı hissəsində yerləşir. Binanın hər iki tərəfində iki səcdəgah və iki yan girişi olan xırda hücrələr mövcuddur. Günbəzli yuxarı baraban dayaqlıq tağları olan dörd sütuna dayaqlanmışdır. Mamrux məbədlərinin memarlığı yerli alban formalarında, Kilisədağdakı Mitra allahı məbədinə nisbətən daha mükəmməl və mürəkkəb tərzdə həllini tapmışdır.[1]

Dörd pilon (sadə sütun) və mərkəzi absida məbədin interyerində əsas rolunu oynayır. Sonralar bu əsas üzərində tetrakonxlar - dörd apsisdən ibarət olan kompozisiya (konxlar) meydana gəlməyə başlamışdı. Həmin absidalar xaçvari surətdə üzbəüz yerləşdirilmişdir.

Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir.

Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.

Mütəxssislər müəyyən etmişlər ki, Ləkit məbədi kilsəyə çevrilərkən onun əsas memarlıq quruluşuna toxunulmamış (özündə güclü bütpərəstlik elementləri əks etdirməsinə rəğmən), yalnız xristian dininin ehkamlarına uyğun olaraq səcdəgah əlavə edilmişdir


Tarix: 07.03.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 325 Bölmə: Kilseler
loading...