Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpələri öpmək niyə zərərlidir?

Üst tənəffüs yolu infeksiyası keçirən kəslər körpələrin immunitet sistemini təhlükəyə məruz qoyur.
Körpə 9 ay ərzində ana bətnində bütün təhlükələrdən qorunaraq böyüyür. Doğulduqdan sonra isə yeni bir dünyaya gözlərini açır.Onun ən böyük qoruyucusu isə şübhəsiz anasıdır. Analar körpələrini öpdüyü anda aralarında ömür boyu inkişafı arzulanan bağlar meydana gələr. Ancaq yalnız ana deyil, evə gələn qonaqlar da körpəni öpmək istəyərlər. Tanımayan kəslərin belə bəzən körpələri öpmək istədikləri zaman, bu vəziyyətin xüsusilə infeksiyaların artdığı qış mövsümündə daha da təhlükəli olduğunu bilməlidirlər.

Körpələri öpməklə veriləcək zərərlər.
Ağız-burun bölgəsi virus və bakteriyalar üçün bədənə ilk daxil olma nöqtəsidir. Buradan alınan hər cür bakteriya və virus öpülən körpələrə keçə bilər. Təəssüf ki, körpələr də xəstələnməyə tez hazırdırlar. İmmun sistemləri ilk 2 il çox saf vəziyyətdədir. Buna görə də körpələrin xəstələnməsi ibtidai məktəb uşaqlarına və yeniyetmələrə nisbətən daha asandır və xəstəliklərinin gedişi də daha ağırdır. Üst tənəffüs yolu infeksiyaları zamanı körpələri qətiyyən öpmək, hətta yanlarına belə yaxınlaşmaq olmaz.İmmunitetin körpəlikdən ibtidai sinif yaşına qədər uzun bir müddətdə yetkinləşdiyini düşünsək, körpələri xəstə etməmək üçün niyə öpməyəcəyimizin səbəbini anlayarıq.

Dəriləri də qıcıqlanır.
Körpə dərisi eyni zamanda çox incə və həssasdır. Körpələri öpərkən yalnız mikrob keçirmək deyil, dodağımızdakı dodaq boyasının kimyəvi maddələrini onlara keçirməkdən də çəkinməliyik. Ataları tərəfindən çox öpülən körpələrdə görülən bir problem də dərinin qıcıqlanmasıdır. Saqqalların körpə dərisinə sürtülməsi körpələrin yanaq dərisini qurudub qızartılara səbəb ola bilər.

Toxunmaqdan belə çəkinməliyik.
Körpələr bizə son dərəcə sevimli və cazibədar gəlsələr də, onlar öpülməməlidir. Xüsusilə tanımadığımız, küçədə rast gəldiyimiz körpələri nəinki öpmək, toxunmaqdan belə çəkinməliyik. Onları bir fərd olaraq görməyə alışmalıyıq. Necə tanımadığımız kəslərə sarılıb öpmürüksə, körpələrə də elə yaxınlaşmalıyıq. Onların razılığı olmadan yaxınlaşmağımız, öpməyimiz, qoxulamağımız onların duyğularını hələ ifadə edə bilməməklərindən faydalanmağımız mənasını verər.


Tarix: 05.01.2015 / 16:43 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Körpəyə qulluq
loading...