Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anaların doğru seçimi - PAMPERS

Sizin körpəniz hərəkət etmək və tullanmaq istəyir? Onda Pampers-dən yeni oyunu mütləq sınayın!
Bir çox valideynlər uşaqlarının aktiv olduğunu və bir saniyə belə dayanmadıqlarını deyirlər. Pampers Hop-Hop oyununu məhz belə aktiv uşaqlar üçün hazırlayıb. Aprelin 6-sından Megafunəyləncə mərkəzində oyun sahəsi quraşdırılacaq və burada üç yaşına qədər uşaqlar valideynləri ilə birlikdə oyunda iştirak edə biləcəklər. Oyunun şərtləri çox asandır: yerində tullanmaq. Əgər uşağınız hələ özü sərbəst tullana bilmirsə, onun əllərindən tutaraq kömək edə bilərsiniz. Qaliblərə hədiyyələr təqdim ediləcək, və eyni zamanda Hop-Hop oyunu hər bir iştirak edən uşağa və valideyninə sevinc bəxş edəcək.
Oyunda cümə günləri 14:00-20:00 saatlarında və bazar günləri 12:00-18:00 saatlarında iştirak edə bilərsiniz. Animatorlar oyun qaydalarını izah edəcək. Kampaniya ayın sonuna qədər davam edir.
Pampers Procter&Gamble şirkətinin dünya brendidir. Hər gün Pampers milyonlarla uşağa yeni kəşflərin sevincini bölüşmək və sağlam inkişaf etmək imkanı verir.
P&G şirkəti haqqında
P&G sınaqdan keçirilmiş keyfiyyətli brendləri ilə dünyada 4.4 milyard insanın həyatını asanlaşdırır. Şirkətin məşhur brendlərinə Pampers®, Tide®, Ariel®, Always®, Pantene®, Mach3®, Fairy®, Lenor®, Oral-B®, Duracell®, Head & Shoulders®, Wella®, Gillette®, Braun®, Fusion®, Ace® daxildir. Təqribən 80 ölkədə yerləşən nümayəndəlikləri sayəsində P&G brendləri dünyanın 180-dən artıq ölkəsində mövcuddur.
P&G şirkətinin Azərbaycandakı nümayəndəliyi 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycan üzrə 1,200,000-dən artıq gənc ana və uşaq P&G şirkətinin əhalinin gigiyena savadını artırmağa dair layihəsində və digər sosial layihələrdə iştirak etmişdir.


Tarix: 03.01.2015 / 14:23 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Körpəyə qulluq
loading...