Uşaqlar kompüterlə tanış olmadan öncə nə etməlidir
Mütəxəssislərə görə texnoloji dövrün zərərlərinin ən böyük hədəfi uşaqlardır. Onları qorumaq üçün tədbirlərin erkən yaşlarda görülməsi lazımdır.
Televiziya və kompüter çeşidləri gün keçdikcə artır. Yeni önə çıxan texnologiyalarla insanlar artıq özlərini evə kilidləmiş vəziyyətdədir, ancaq bu texnologiyanın ən əsas hədəfi isə uşaqlardır.
Kiçik yaşlardan etibarən texnologiyanın qurbanı olmaması üçün alınacaq tədbirlər artıq dünyanın ən əhəmiyyətli gündəm maddələrindən biri halına gəlib.
National Trust qurumunun gündəmində eyni mövzu var. Həmin qurum gün keçdikcə kompüterə daha da bağlanan, kompüter başından qalxmayan bir uşağın 12 yaşına gəlmədən əvvəl mütləq etməsi lazım olan 25 şeyi sıraladı.
Edilməsi olanlar:
1 Xəritə ya da kompasla istiqamət tapmaq
2. İp atlama
3.Təpəyə dırmaşmaq
4. Günəşin doğuşunu və batışını araşdırmaq
5. Palçıqda oynamaq
6 .Adaya getmək
7. Ağaca dırmaşmaq
8. Balıq tutmaq
9.Küləkdə getmək
10. Sahildə gəzmək
11. Qumla oynamaq
12 Budağından qoparıb alma yemək
13. Vəhşi heyvanları görmək
14. Böcəkləri araşdırmaq
15. Şəlalə görmək
16.Ağac əkmək
17.Düşərgə yaratmaq
18 Qartopu oynamaq
19 Bir quşu əllə bəsləmək
20 Qumdan qala etmək
21 Böyük bir kanyonda gəzmək
22 Uçurtma uçurmaq
23 Göldə üzmək
24 Yağışda getmək
25 Kəpənəkləri araşdırmaq
Tarix: 03.01.2015 / 11:11 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Körpəyə qulluq