Anaların çoxu körpəyə verdikləri südün öz qidalarından asılı olduğundan bixəbərdilər. Belə ki, gecələri uşağın köpdən ağlamasına oyanmaq istəmirsinizsə, normal çəki yığmağı sizin üçün önəmlidirsə qidanıza fikir verməlisiniz.
Süd verən ananın qida qaydası:
Bağırsaq bərkidən və qaz yaradan qidalardan uzaq durun;
Şirin qida ilə kraxmallı qidanı qarışdırrmayın;
Tərkibində maya olan məhsullardan imtina edin (çörək, bulka);
Qızardılmış yemək yeməyin;
Alergiya yaradan məhsullardan istifadə etməyin.
Əgər ananı köp və ya qıcqırma narahat edirsə, deməli körpə də bunlardan əziyyət çəkəcək.
Meyvə və tərəvəzi bişirərək yeyin. Cəfəri, şüyüt və kök təhlükəsiz qida hesab olunur. Qida arasında fasilə verin. Meyvə, tərəvəzlə əsas qida arasında 30 dəqiqə vaxt keçməlidir. Çayla yemək arasında 1 saat vaxt keçməlidir. Bu müddət ərzində yemək həzm olunur və köp halı yaranmır.
Olar: bal, xurma, balqabaq, pendir, gül kələm, qarabaşaq, qoz.
Olmaz: tünd çay, qəhvə, sitrus meyvələr, bolqar bibəri, soğan, kələm, şəkər, çiyələk, balıq, üzüm, marqarin, kolbasa, sosiska, spirtli içkilər.
İlk 3 ay çox önəmli sayılır. Hər qida qəbulundan sonra uşağın reaksiyasına fikir verin. Bu sizi və uşağınızı narahatçılıqdan qurtaracaq.
Tarix: 03.01.2015 / 14:33 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Körpəyə qulluq