1. Uşağın suallarına səbrlə və doğru cavab verin.
2. Uşağın suallarını və dediklərini ciddi qəbul edin.
3. Uşağa məxsusi onun işləri üçün otaq və ya künc ayırın.
4.Uşağa öz işlərini və nailiyyətlərini nümayiş etdirmək üçün yer tapın.
5. Yaradıcılıq prosesi ilə bağlı stoldakı səliqəsizliyə görə uşağı danlamayın. Lakin bitirdikdən sonra iş yerini qaydaya salmağı ondan tələb edin.
6. Uşağı olduğu kimi, müvəffəqiyyət və nailiyyətlərinə görə deyil, şərtsiz sevdiyinizi və qəbul etdiyinizi göstərin.
7. Uşağa gücü çatan işləri və qayğıları tapşırın.
8. Ona öz planlarını qurmaqda və qərar qəbul etməkdə kömək edin.
9. Ona öz işinin nəticələrini yaxşılaşdırmağa kömək edin.
10. Maraqlı yerlərə gedəndə uşağınızı özünüzlə aparın.
11. Uşağınızın müxtəlif mədəni təbəqələrdən olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.
12. Onun nöqsanlarını göstərərək başqaları ilə müqayisə etməyin.
13. Uşağınızı alçaltmayın, özünüzdən pis olduğunu ona hiss etdirməyin.
14. Uşağınızı sərbəst düşünməyi öyrədin.
15. Sevdiyi məşğuliyyətləri üçün kitablarla, oyunlarla və digər lazım olan əşyalarla uşağı təmin edin.
16. Uşağı əhvalatlar qoşmağa və fantaziyasını işlətməyə həvəsləndirin.
17. Az yaşlarından uşağınızı müntəzəm mütaliə etməyə həvəsləndirin.
18. Uşağın tələblərinə diqqətlə yanaşın.
19. Ümumi ailə işlərinin birgə müzakirəsinə uşağı da cəlb edin.
20. Səhvlərinə görə uşağa təhqir edərək kimi gülməyin.
21. Səy və zəhmətinə görə tərifləyin.
22. Müxtəlif yaşlı böyüklərlə ünsiyyətdə olmağı ona öyrədin.
23. Uşağınızı daha çox öyrənməyə, müşahidə etməyə həvəsləndirin
24. Uşağa “lazımsız əşyalarla” oynamağı qadağan etməyin. Bu onun təxəyyülünü stimullaşdırır.
25. Problemləri aşkar edib, həll etməyə uşaqda həvəs oyadın.
26. Uşağın konkret əməllərinə tərifləyin ( bunu səmimi edin)
27. Uşağın müzakirə etdiyi mövzulara sərhəd qoymayın.
28. Uşağa sərbəst qəbul etdiyi qərarlara görə məsuliyyət daşımağa imkan verin.
29. Uşağa şəxsiyyət olmağa kömək edin.
30. Maraqlı televiziya və radio verilişlərini tapmağa kömək edin.
31. Uşağın bacarıq və istedadlarını aşkar edib inkişaf etdirin.
32. Böyüklərə hörməti itirmədən onlardan asılı olmamağı öyrədin.
33. Uşağınızın sağlam şüuruna inanın və etibar edin.
34. Çalışın ki, başladığı işin əsas hissələrini uşaq özü yerinə yetirsin, hətta müsbət nəticəyə tam inamınız olmasa belə.
35. Uşağınızın inkişafı ilə bağlı müşahidələrinizi gündəliyə yazın və beləliklə, onun inkişaf prosesini təhlil edin.
Tarix: 03.01.2015 / 13:54 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Körpəyə qulluq