Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anaların ən çox işlətdiyi ifadələr

Övladını xoşbəxt və sağlam görmək istəməyən ana yoxdur. Buna görə də onlar övladının hər bir hərəkətinə göz qoyur. Hətta uzaqda olsa belə ona müxtəlif qadağalar qoyur, hanısa tələblər edir. Bu da anaların ən xarakterik xüsusiyyətləridir. Bu bizi bəzən əsabləşdirsə də, uzağa gedən kimi ancaq ananın qadağaları üçün darıxırıq. Həmin sözləri yeindən eşitmək istəyirik.
Sizə analarımızın istifadə ən çox istifadə etdiyi ifadələri təqdim edirik:

Əynini qalın geyin!
Yeməyini ye!
Bu uşaq acından öləcək.
Biraz az ye, köksən. Bu sənin sağlamlığına ziyandır.
Saçını səliqəli düzəlt!
Bu paltarı geyinmə, sənə yarşmır.
Bir dəfə də yaxşı paltar alda! Həmişə zövqsüz geyimlər alırsan.
Axı adam nə qədər təzə paltar alar? Şkafında nə qədər paltar var.
Tərli-tərli su içmə!
Geyiminə fikir ver.
Həmişə öz bildiyivi edirsən.
Tanımadığın adamların avtomobilinə minmə!
Daşın üstündə oturma qarının ağrıyar!
Biz evdə olmayanda qapını heçkəsə açma!
Mən anayam hiss edirəm!
Səni görüm özün kimi övladın olsun!
Sənin yaşında bütün evi mən yıgışdırırdım!
Hamıya güvənmə!
Bütün sirlərini gəl mənə de!
O yeməyi yeməzsənsə, arxanca ağlayar!
Saat 12 olmadan evdə ol!
Makiyajını təmizlə çox pis görünürsən!
Mən sənin yaxşılığını düşünürəm!
Mənimlə hər sirrini paylaşa bilərsən!
Səni hər halınla sevə biləcək tək adam bizik...Valideynlərin!
Yenə corab geyinməmisən?
Xəstələnəcəksən.
Artıq uşaq deyilsən.
Hələ uşaqsan sən.
Bu dostun kimdir, biz tanıyırıq?
Bütün günü bir yerdəsiniz, telefonda nə danışırsınız?
Bir gün uşağın olanda məni başa düşərsən.
Kürəyinə bir şey at üşüyəcəksən.
Saçlarını qurutmasan xəstələnəcəksən.
Qalx ordan balam, yatıb qalacaqsan, get yerinə.
Çatanda mənə xəbər elə heç olmasa, narahat qalmayım.
Bəsdi! Gəl evə! Səhərdən çöldəsən!
Mən sizin əlinizdən dəli olacam...
Çox danışma, yersiz gülmə.
Bu qədər pinti olma.


Tarix: 03.01.2015 / 11:37 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Körpəyə qulluq
loading...