Qoç:
Uşaqla uşaq olan, yaradıcı bir anadır. Mükəmməl bir oyun dostudur. Cəza vermək istəsə də hirsini tez unudur.
Buğa:
Uşaqları böyüdükcə yarı ciddi yarı sevimli olsa da bu analar şəfqətli və qoruyucudur. İllər içində uşaqlar üçün yaxşı bir dost olacaqdır.
Əkizlər:
Uşaqlarını çox sevsələrdə sərbəstliyinin onlar tərəfindən əlindən alınmasına yol vermız. Uşaqları da onu nümunə götürüb azadlıqlarına hədsiz vurğun olan insan kimi böyüyürlər.
Xərçəng:
Fədakar bir ana, uşaqları üçün dəridən-qabıqdan çıxar və güvəniləcək bir sığınacaqdır. Bu da uşağın ətraf aləmə uyumunu çətinləşdirə bilər.
Şir:
Öz həyatını yaşamaqdan heçvaxt vaz keçməz. İş və uşaq prinsipini qurar. Uşaqlarıyla dost olar, oyunlar oynayar, ancaq söz eşitməyi də öyrədər.
Qız:
Çox tezliklə uşaq sahibi olmaz. Amma ana olduğu zaman da ciddi və intizamlı olur. Uşaqları ona güvənir və onları sevdiyini bilir.
Tərəzi:
Onun üçün uşaqları həyat yoldaşından sonra gəlir amma çox sevimli və şəfqətli bir anadır. Lazım olanda sərtdir. Uşaqları həyat yoldaşının sözünü eşitməzsə çox hirslənər.
Əqrəb:
Uşaqlarını sevsə də sevgilərini göstərməyə bilir. Uşaqlarının yüksək hədəflərinin olmasını istəyər, amma onların qusurlarını da görmək istəmir.
Oxatan:
Uşaqları üçün çox yaxşı dostdur. Uşaqların özü kimi doğru və pozitiv ruhda böyüdər.
Oğlaq:
Uşaqları ilə çox maraqlanar. Onların hər sözünə qulaq asar. Uşaqlarının sərbəstliyinə çox qarışar.
Dolça:
Özünü kiçik bir insana həsr etmək ağır gələ bilər. Sevgi göstərişləri edən bir ana deyil. Ancaq uşaqlarına kömək edən, əyləncəli bir insandır.
Balıqlar:
Uşaq vaxtlarında məhrum qaldığı hərbir şeyə onların sahib olmasını istəyər. Həddən artıq mülayim olması nizam-intizam qurmasına mane ola bilər
Tarix: 03.01.2015 / 11:14 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Körpəyə qulluq