Körpəyə qulluq → 0-7 yaşına qədər körpənin inkişaf cədvəli
Balacanız bütün normalara uyğun olaraq inkişaf edir? Bunu yoxlamaq imkanınız var. Necə?
Sırada təqdim etdiyimiz cədvəl bu işdə yardımınıza çatacaq.
YaşıBacarıqları
1 aylıqO, hərəkətdə olan oyuncağı izləyir
Böyüklərin səsinə reaksiya verir və bu zaman ağlamağını kəsir
Qarnı üzərində uzadıldıqda qısa müddətə olsa belə, başını dik tuta bilir
Böyüklərlə ünsiyyət zamanı müəyyən səslər çıxarır
Böyüklərlə ünsiyyət zamanı ilk təbəssümünü göstərir
2 aylıq
Qarnı üzərində uzadıldıqda artıq başını uzun müddət dik saxlaya bilir
Qışqırığı intanasiyalı şəkil alır, baxışları hərəkətli olur
Böyüklərin ünsiyyətinə təbəssümlə reaksiya verir
3 aylıqYenidoğulmuş balacaya məxsus bütün reaksiyalar itir
Tərpənməyən əşyanı uzun müddət süzə bilir
Əllərini ilk dəfə oyuncağa doğru aparır
Əllərini çiyinlərinə doğru Ardı »