Körpe uşaq kitab kimidir.O,öz narahatligini deye bilmir.Onun vəziyyətini düzgün anlamaq,ona diqqetle yanaşmaq lazımdir.Elə etməliyik ki, uşaqlar saglam böyüsünlər.Menim məqsədim derman bollugu olan zamanda uşaqları bu preparatlarla cox yüklemeden, onların nevroloji problemlerini aradan qaldirmaq olub.Belə ki, təbabətdəki yenilikləri (ənənəvi və qeyri-ənənəvi müalicə metodlarını)birləşdirib bir sistem yaratmaqla buna nail olmaq olar.Bu proqrama vestibulyar gimnastika,noqtəvi,energetik massaj,refleksoterapiya daxildir.
Bu nevroloji-neyroortopedik bərpa müalicəsində əvvəl uşaq müayinə olunur,aydınlaşdirilir ki, hansı əzələ qruplarında,oynaqlarda işləmək məqsədəuygundur.Nevroloji massajda yaglardan,kremlərdən istifadə olunmur.Yaglar dəri üzərində örtuk əmələ gətirir,uşagın dərisində hissiyat zəifləyir.
MSS-nin hipoksik-işemik zədələnmələri,doguş travmaları,uşaq serebral iflici və s. kimi xəstəliklərdə əzələ tonusunu normallaşdirmaq,mikromotorikanı,makromotorikanı formalaşdırmaq lazımdır.Saglam uşaqlarda 3 aya qədər bukucu əzələ qrupları,3 aydan sonra acıçı əzələlər formalaşır.İlk aydan başlanan müalicə müsbət effekt verir.Belə uşaqlar vaxtında və düzgün yeriyər,danışar,inkişaf edər.
Tarix: 03.01.2015 / 13:50 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Körpəyə qulluq