5 oktyabr. Bu gün mənim həyatım başladı. Ancaq valideynlərim hələ bunu bilmir. Alma tumundan balacayam, amma mən mənəm. Hələ tam formalaşmasam da, bilirəm ki, qız olacam.
19 oktyabr. Bir az böymüşəm. Amma nəyisə özüm etmək üçün hələ çox kiçiyəm. Anam mənimçün əlindən gələni edir və ən gülməlisi də budur ki, məni burada, düz ürəyinin altında gəzdirdiyindən xəbərsizdir. Məni öz qanıyla qidalandırdığından da xəbəri yoxdu.
23 oktyabr. Tezliklə ağzım formalaşmağa başlayacaq. Düşünün - bir il sonra güləcəm. Daha sonra danışa biləcəm. Birinci hansı sözü deyəcəyimi bilirəm - "Ana". Kim deyir ki, hələ əsl insan deyiləm? Artıq insanam. Kiçik çörək qırıntısı əsl çörək olan kimi...
27 oktyabr. Yrəyim tamamən müstəqil şəkildə döyünməyə başladı. Bundan sonra bütün həyatım boyu o kövrək döyüntüləri duyacam. Sonra, çox illər sonra ürəyim yorulacaq və mən öləcəm. Lakin indi həyatımın sonu yox, əvvəlidi.
12 noyabr. Əllərim formalaşmağa başlayır. Onlar nə yaman balacadı - necə də qəribədi. Ola bilər ki, nə vaxtsa onlar skripkada çalsınlar və ya rəsm çəksinlər.
21 noyabr. Bu gün həkim ilk dəfə anama dedi ki, burada, ürəyinin altında yaşayıram. Sevindinmi, ana, bəxtəvərsənmi? Bir az keçəcək və sənin əllərində uyuyacam. Anam və atam bilmirlər ki, mən balaca, adi bir qızam. Ola bilər ki, oğlan gözləyirlər. Yaxud da əkizləri. Amma onları təəccübləndirəcəm.
10 dekabr. Üzüm tamamilə formalaşdı. Anama oxşamaq istəyirəm.
13 dekabr. Demək olar ki, görürəm. Amma ətrafda hələ də zülmət qaranlıqdı. Az qalıb. Gözlərim Günəşin işıq saçdığı dünyanı görəcək. Sən necə görünürsən, ana?
24 dekabr. Ana, ürəyinin necə vurduğunu eşidirəm. Maraqlıdır, mənim ürək döyüntülərimi duyursanmı? Əllərində uzanacağım, gözlərinə baxacağım anı səbirsizliklə gözləyirəm. Səni gözlədiyim kimi sən də mənim həsrətimdəsən, elədir, ana?
28 dekabr. Ana, onlara məni öldürməyə niyə icazə verdin? Axı bizə bir yerdə elə yaxşıydı ki. Anam məni öldürdü. Adımı, özümü, kimliyimi, arzularımı, çiçəkləri bilmədən..."
Qurani-Kərimin "ən-Nisa" surəsinin 19-cu ayəsində buyurulub: "Onlarla gözəl rəftar edin". Onlarla - qadınlarla. Analarımız, bacılarımız, həyat yoldaşlarımız, qızlarımızla. Canımızdan artıq sevdimiyiz varlıqlarla.
Bəs qadın bətnindəki öldürürsə necə, hansı rəftara layiqdir? Siz deyin.
Tarix: 30.12.2014 / 17:46 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Körpəyə qulluq