Şəkər balalarımız şirin olduqları qədər də dəcəldirlər. Bəzənsə bu dəcəllik onsuzda iş və ailə arasında ikiyə bölünən ananın əziyyətinə əziyyət qatır. Məsələn hətta ən səliqəli balaca da yemək yeyərkən xəyallara dalır və bu zaman nə qədər istəməsəkdə ust-başını əməlli- başlı batırır. Və ya vərəq uzərində yaratmalı olduğu canlı tablonu paltarları üzərində təcrübədən keçirtməyə qərar verir. Bəzi körpələrsə bir az da irəli gedərək böyuklərin geyimləri üzərində eksperementlər aparmaq istəyir. Uzun sözun qısası anaya nə qalır? Yalnız və yalnız -Ekstrimal hadisələrə hazır olmaz.
Elə isə başladıq...
Əgər balaca üstünü giləmeyvələrlə ləkələyibsə (çiyələk,moruq və s.) həmin yerin üzərinə çoxlu duz səpin. Bir neçə dəqiqə sonra isə qaynar suda paltar və ya qab yuyulması üçün nəzərdə tutulan istənilən vasitə ilə yuyun.
Yox əğər körpəniz üst-başını şokolad və ya kofe ilə batırıbsa həmin andaca paltarı çıxardaraq duzlu suya salın. Balacanın paltarları isti suda qalaraq təmizlənəcək. Daha sonra paltarları soyuq su ilə yuyun.
Dərman siropları, rəngli şirələr və jele xassəli qida məhsulları səliqəsiz balacanın üstünə dağilıbsa da həyəcanlanmayın. Ləkəni soyuq suya əlavə olunmuş naşatır suyu ilə ( 1st .suya 1 çay qaşığı naşatr spirti əlavə olunmaq şərti ilə )çixartmaq daha etibarlıdır.
Yağ ləkəsini isə bıçaqla təmizlədikdən sonra qab yumaq üçün nəzərdə tutulan vasitə qatılmış isti suya salın.
Əsas məsələ və necə deyərlər bütün analariı yaralı yeri olan-saqqız ləkələri... Saqqızın qurbanı olan paltarı bir neçə saatlıq buz dolabına qoyun. Sonra bıçaqla ləkəni qaşıyın. Qalmış ləkəni isə adi qaydada yuyun. Əgər saqqız böyük bir əşya və ya palto, pencək və s. kimi üst geyimlərinə yapışısa həmin yerin üzərinə buz qoyun. Bir müddət saxladıqdan sonra isə eyni qayda ilə təmizləyin.
Şirə və meyvə pürelərini isə duzlu suda saxlayaraq təmizləmək məsləhətdir. Sonra isə ləkəli yeri qab yuyan vasitə ilə yuyurlar.
Uşaq qidasi, sud, dondurma ilə ləkələnmiş paltarları isə mineral və ya naşatır spirti əlavə olunmuş suda yuyun.
Balaca rəssamınız paltarlarını rəngli qələm və təbaşirlə batırıbsa ləkəli yeri isti suda saxladıqdan sonra qab yuyan vasitə ilə bir daha silin.
Mürəkkəb ləkəsini isə istənilən odekolon ilə çıxartmaq mümkündür.
Rəngli boya ilə ləkələnən paltarı soyuq suda yuduqdan sonra ləkə tez təmizlənir. Lakin artıq bir qədər köhnəlmiş ləkələri isə isti sirkə ilə təmizləmək məsləhətdir.
Yapışqan ləkəsini qaynar suda 30 dəqiqə islatdıqdan sonra , adi qaydada yumaqla təmizləmək olar. Bu məqsədlə osetondan da yararlanmaq olar.
Sidik ləkəsini həmin hissəni bir neçə dəqiqəlik sirkədə saxlamaqla təmizləmək olar.
Qan ləkəsini isə əziz ana, duz qatılmış soyuq suya saldıqdan sonra 15 dəqiqə ərzində bu vəziyyətdə saxlayın. Daha sonra mineral su ilə yuyun.
Ot, gül-çiçək ləkəsinə gəlincə balaca ekoloqun paltarını spirt və ya diş məcunu ilə yumaq məsləhətdir. Ləkələnmiş hissə təmizləndikdən sonra adi qaydada yuyulur.
Tarix: 03.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Körpəyə qulluq