Bəndək - Atropatena (qədim Azərbaycan), Parfiya və Sasanilər dövlətində qullara verilən addır. Bu ölkələrdəki quldarlıq sistemi haqqında məlumat verən ilk mənbələrdən biri "Madaktani hazar datasdan"dır. Orada bəndək və anşəhrik terminləri qul anlamında işlədilmişdir. Hər üç ölkədə də əkinçilikdə qul əməyindən geniş istifadə olunurdu. Lakin artıq III əsrdən quldarlıq sistemi getdikcə zəifləyərək dağlmağa başlayır.
Sasanilərin hüquq məcəlləsinə görə, bir çox əyalətlərdə, o cümlədən Azərbaycanda başqasına tabe olan və ondan asılı olan şəxsə bəndək deyilirdi. İran tarixçiləri Parfiya və Sasanilər dövrünə aid olan bəndək terminini qul kimi tərcümə edirlər. Lakin istər bəndək, istərsə də anşəhrik hüquqi nöqteyi-nəzərdən Romada olan quldan fərqlənirdi. Quldarlıqdan feodalizmə keçid dövründə azat və dastakert terminlərinə də təsadüf edilir. "Madaktani hazar datasdan"da qul əməyi ilə becərilən torpaq sahəsinə dastakart və yaxud dastakord deyilir.
Tarix: 05.03.2013 / 13:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Dunya ve tarixi