Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tiflis (quberniya)

Tiflis quberniyası (gürc. ტფილისის გუბერნია, rus. Тифлисская губерния) - Çar Rusiyası dövründə Cənubi Qafqazda inzibati ərazi vahidi. Müasir Gürcüstan dövlətinin şərq hissəsində mövcud olmuşdu.Mündəricat
1 Tarix
2 Coğrafiyası
3 Əhalisi
3.1 1897-ci siyahıyaalınması
3.2 Etnik tərkibi
4 İqtisadiyyatı
5 Mənbə


Tarix

Qafqaz regionunun baş xəritəsi, 1858-ci il

Coğrafiyası

Tiflis quberniyası Cənubi Qafqazın mərkəzində yerləşib. Şimalda və şimal-şərqdə Terek və Dağıstan vilayətləri ilə, qərbdə Kutaisi quberniyası, cənubda Qars vilayəti və İrəvan quberniyası ilə, şərqdə və cənub-şərqdə isə Yelizavetpol quberniyası ilə həmsərhəd olmuşdur. Ərazisi 39.197 verst² (44.607 km²), əhalisi isə 1051032 nəfər [1] idi. Quberniyanın iqlim şəraiti onun relyefinin müxtəlifliyinə və ayrı-ayrı hissələrinin dəniz səviyyəsindən müxtəlif yüksəklikdə olmasına görə olduqca müxtəlifdir. Hündür dağların və dağ silsilələrinin zirvəsi əbədi donmaya məruz qalmışdır və iqlimi qütb iqliminə yaxındır,, eyni zamanda quberniyanın Kür çayı boyunca cənub-şərq hissəsində yerləşən alçaq əraziləri qışın yumşaq və yay aylarının çox isti olması ilə fərqlənirlər.

Əhalisi

Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il
1 yanvar 1885-ci il tarixinə Tiflis quberniyasında hər iki cinsdən 154,532 nəfəri şəhərlərdə, 580,403 nəfəri isə kəndlərdə olmaqla toplam 734,935 nəfər əhali yaşamışdır.[2]

1897-ci siyahıyaalınması

Tiflis quberniyasının tərkibinə 9 qəza və 1 dairə daxil idi. Aşağıdakı siyahıda quberniyada əhalinin ərazi vahidləri üzrə paylanması göstərilib.

№QəzaQəza mərkəziƏrazisi,
verst²Əhalisi[1]
(1897), nəfər.
1Axalkələk qəzasıAxalkələk (5.440 nəfər)2.368,672.709
2Axalçixe qəzasıAxalçixe (15.357 nəfər)2.259,668.837
3Borçalı qəzasıŞulaveri kəndi (4.553 nəfər)5.938,5128.587
4Qori qəzasıQori (10.269 nəfər)6.033,9191.091
5Duşeti qəzasıDuşeti (2.566 nəfər)3.437,967.719
6Sığnağı qəzasıSığnağı (8.994 nəfər)4.620,0102.313
7Telavi qəzasıTelavi (13.929 nəfər)2.974,566.767
8Tianeti qəzasıTianeti kəndi (1.089 nəfər)4.256,334.153
9Tiflis qəzasıTiflis (159.590 nəfər)3.688,4234.632
10Zaqatala dairəsiZaqatala (3.009 nəfər)3.544,384.224


Etnik tərkibi

Tiflis quberniyasında əhalinin 1897-ci il siyahıya alınmasının nəticələrinə əsasən etnik tərkibi.Qəzalargürcülərermənilərazərbaycanlılarruslarosetinləravarlaryunanlartürklərukraynlarpolyaklaralmanlaryəhudilərçeçenlərdarginlərləzgilərdigər
Bütün quberniyada44,3 %18,7 %10,2 %7,5 %6,4 %3,2 %2,6 %2,4 %--------
Axalkələk qəzası8,9 %72,3 %9,0 %7,1 %--------1,1 %---
Axalçixe qəzası17,7 %22,0 %18,0 %2,5 %---35,1 %----2,0 %---
Borçalı qəzası6,1 %36,9 %29,4 %6,3 %--16,6 %---1,9 %-----
Qori qəzası65,0 %4,0 %-2,8 %26,2 %-----------
Duşeti qəzası73,4 %2,5 %-1,4 %21,4 %-----------
Zaqatala dairəsi14,7 %2,5 %34,4 %--37,6 %--------8,8 %1,2 %
Sığnağı qəzası82,9 %6,2 %5,2 %4,3 %------------
Telavi qəzası85,9 %7,1 %2,8 %1,0 %-2,6 %----------
Tianeti qəzası88,7 %1,6 %-1,9 %---------6,2 %--
Tiflis qəzası34,2 %24,7 %5,9 %22,1 %--1,9 %-1,5 %2,1 %2,3 %1,4 %----


İqtisadiyyatı

Tiflis quberniyasının iqtisadiyyatı İmperiyanın digər regionlarına nisbətən zəif inkişaf etmişdi. Region əsasən əqrar iqtisadiyyata sahib idi. Sənaye çox ləng inkişaf edirdi, zavod və fabriklərin sayı az idi və əsasən Tiflis şəhərində yerləşirdi. Fabriklərin əksəriyyəti kiçik ölçüdə idilər və əsasən yeyinti məhsulları istehsal edirdi. 1898-ci statistikasına əsasən quberniyadakı zavodlarda 11.300 nəfər çalışırdı. Quberniyanın əsas nəqliyyat yolu 1872-ci ildə tikintisi başa çatan Cənubi Qafqaz Dəmiryolu olub.


Tarix: 05.03.2013 / 13:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 317 Bölmə: Dunya ve tarixi
loading...