IV Mustafa - Osmanlı sultanı (1807-1808). Sultan I Əbdülhəmidin oğludur. 29 may 1807-ci ildə III Səlim taxtdan endirilərək şahzadə Mustafa sultan elan edildi.
Üsyanın təşviqçisi kosa Musa paşa Sultan Səlim tərəfdarlarını bir-bir ortadan qaldırdı. İstanbuldakı üsyan rus cəbhəsindəki ordunun intizamını da pozdu. Orduda olan Sultan Səlim tərəfdarları, Rusçuk əyanı Ələmdar Mustafa Paşanın yanına sığındılar. Mustafa sədr-əzəm Həlmi Paşanın yerinə Çələbi Mustafa Paşanı sədarətə gətirdi. Osmanlı Ordusundakı bu qarışıqlıqdan faydalanan ruslar, Əflak və Boğdanda bəzi qalaları ələ keçirdilər. Ancaq bu sırada rusların Fransa imperatoru Napoleon qarşısında çətin vəziyyətdə qalmaları, sülh istəmələrinə səbəb oldu. 20 avqust 1807-ci ildə əldə edilən sülhə görə ruslar Əflak, Boğdan və digər zəbt etdikləri yerlərdən çəkildilər.
IV Mustafa Rusiya ilə bağlanan sülhdən sonra, İstanbulda asayişi təmin edə bilmək üçün hərəkətə keçdi. Mustafa paşa əvvəlcə üsyankarların bir qisimini müxtəlif bəhanə və vəzifələrlə saraydan uzaqlaşdırdı. Ancaq zorbalarını tamamilə həzm edə bilmək üçün böyük bir gücə ehtiyac vardı. Bunun üçün Ələmdar Mustafa paşanın İstanbula gəlməsini istədi. Özünə sadiq 16 minlik qüvvə ilə hərəkətə keçən Ələmdar, Balqabaqçı Mustafanı öldürdərək başını sədrəzəmə göndərdi. Balqabaqçının öldürülməsi, saray əyanları və yeniçərilər arasında böyük təlaşa səbəb oldu. Daha sonra İstanbula girən Ələmdar, zorbaları ortadan qaldırmağa başladı. Bu sırada Ələmdarın tərəfdarları Sultan Səlimi təkrar taxta çıxarmaları üçün təhrikə başladılar. Bunu sezən sədrəzəm Çələbi Mustafa Paşa, özündən İstanbulu tərk etməsini istədi. Buna qarşılıq Ələmdar Mustafa Paşa 28 iyul günü on beş mindən çox əsgəri ilə Babı Əlini basdı. Sədrəzəmdən möhürünü aldı. Ancaq Səlimin yenidən taxta çıxması halında özlərini öldürdəcəyindən qorxan üsyankarlar və bəzi dövlət adamları, padşahdan III Səlim və Şahzadə Mahmudun öldürülmələri üçün fərman çıxartdırdılar. Necə ki zorla saraya girən Ələmdar, Səlim Xanın xəncər zərbələriylə şəhid edilmiş cəsədi ilə qarşılaşdı. Xidmətçilərinin köməyi sayəsində xilas olan şahzadə Mahmudu Sultan elan etdi. (28 İyul 1808). Mustafa Xan isə, Topqapı sarayına yerləşdirildi.
Mustafa Xan, ağıllı və tədbirli olmasına baxmayaraq, III Səlimin taxtdan endirilməsi və başlamış olduğu ıslahatların faciəvi aqibəti nəticəsində taxta çıxarıldığından, üsyançıların təsirində qaldı. Yeniçərilərin şox güclü olmaları səbəbindən üsyançıları cəzalandıracaq bir qüvvəni yanında tapa bilmədi və onların istəklərinə boyun əymək məcburiyyətində qaldı. İkinci Mahmudun səltənəti dövründən və islahatlarından məmnun olmayan bəzi dövlət adamları, yeniçəriləri təhrik etdilər. Ayrıca özlərinə yaxın gördükləri IV Mustafanı taxta keçirmək üçün hərəkətə keçdilər. Bu vəziyyət şeyxülislamın verdiyi fətva ilə Sultan Mustafanın öldürülməsinə gətirib çıxardı.
Tarix: 03.03.2013 / 16:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Dunya ve tarixi