Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VI Mehmed

Sultan Vahidəddin (1918-1922)

Əbdülməcidin oğludur. 1861-ci ildə anadan olub. Sultan Rəşadın vəfat etdiyi gün, Birinci Dünya Müharibəsinin qorxunc nəticələri altında sultan oldu. 30 oktyabr 1918-ci ildə Mondros sülhü imza edilərək, Birinci Dünya Müharibəsi Osmanlıların məğlubiyyəti ilə bitdi. Sultan Vahidəddin bu sülhə imza qoyan nümayəndələri qəbul etmədi. Sülhdən dərhal sonra Osmanlı Dövlətini səbəbsiz yerə döyüşə qoşan, milyonlarla vətən övladının cəbhələrdə həlak olmasına səbəbkar oıan Talat, Ənver və Camal Paşalar xaricə qaçdılar.

Sultan Vahidəddin əlində ancaq düşmənlərə təslim edilmiş bir milləti idarə etmək qaldı. İstanbul, 16 mart 1920-ci ildə ittifaq dövlətləri tərəfindən işğal edildi. Yunanlılar İzmirə, İtalyanlar Cənub-qərbə, Fransızlar da Cənub Anadoluya girdilər. 11 may 1920-ci ildə düşmənlərin hazırladığı və Anadolunun işğalını ehtiva edən Sevər andlaşmasını bütün təzyiqlərə baxmayaraq Sultan Vahidəddin tərəfindən imzalanmadı. Osmanlı ordusu tamamilə ləğv edildi. Sultanı qorumaq üçün, yeganə yeddi yüzlük dəstə qaldı. Sultan bu batalyonu, Ayasofya ətrafına göndərdi və məscidə zəng taxmaq və ya muzey etmək istəyənlərə atəş açmaq əmrini verdi.

İşğal altındakı İstanbuldan vətənin qurtarıla bilməyəcəyini anlayan Sultan Vahidəddin, güvəndiyi komandirləri Anadoluya göndərmək istədi. Ancaq bunlar, "Dünyaya qarşı hərb edilməz. Bu iş olmaz" deyərək getməyi rədd etdilər. Sultanın qurtuluşun Anadoludan reallaşacağına ümidi tam idi. Özü getməyi düşündü isə də, İngilislər "Əgər Anadoluya keçsən İstanbulu rumlara işğal etdirər, daş üstündə daş buraxmarıq" deyərək maneə törətdilər. Bu səbəbdən bir gün saraya çağırdığı Mustafa Kamalı, "Paşa, indiyə qədər dövlətə çox xidmət etdin. Bunları unudun. Əsl indi edəcəyin xidmət hamısından mühüm ola bilər. Dövləti qurtara bilərsən!" sözlərindən sonra, böyük səlahiyyətlərlə Anadoluya göndərdi. Beləcə İstiqlal mübarizəsi başlamış oldu.

İstiqlal Hərbi zəfər ilə nəticələndikdən sonra Türkiyə Böyük Millət Məclisi hökuməti 1 Noyabr 1922-ci ildə xilafət ilə səltənətin ayrıldığını və səltənətin qaldırıldığını bir qanun ilə qəbul etdi. Sultan Vahidəddin adı xütbələrdən çıxarıldı. İstanbul və Anadolu mətbuatında əleyhində yazılar çıxmağa başladı.

17 noyabr 1922-ci ildə Dolmabağça sarayından Malaya hərb gəmisi tərəfindən Malta adasına aparıldı. Oradan Məlik Hüseynin dəvəti ilə Məkkəyə getdi. Sonra da İtaliyaya gedərək orada yaşadı. Sultan Vahidəddin, ağrılı və çətinlik içində keçən bir sürgün həyatından sonra, 16 may 1926-cı ildə İtaliyada vəfat etdi.


Tarix: 03.03.2013 / 16:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 396 Bölmə: Dunya ve tarixi
loading...