Əfşarlar (fars. سلسله افشار) — azərbaycanlıların etnogenezisinin formalaşdırılmasında iştirak etmiş Azərbaycan-türk tayfası. 1736-1802-ci illərdə Azərbaycanda və İranda hakimiyyətdə olmuşlar.
Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divanı Lüğəti-Türkdəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz Xanın dörd oğlundan ən böyüyü olan Afşarın soyundan gəlir.
Afşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sir-Dərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Huzistan, Xorasan yolu ilə, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, Əfqanıstana və Azərbaycana da yayılmışlar. Afşarlar Oğuzun o biri nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər.Türklük şuurları oldukça güçlü bir boydur.
Afşarlar Böyük Səlcuq Dövlətinin bölünərək zəifləməsindən sonra, XII əsrin ilk yarısında bir müddət müstəqil, bir müddət də İraq Səlcuqlarına bağlı şəkildə bəyliklər qurmuşdular.
Nadir Şahın məzarı və türbəsi, Məşhəd şəhəri
Karamanoğulları bəyliyi Avşar boyunun Qaramanlı, Germiyanoğulları bəyliyi Germiyanlı,Kozanoğlu beyliği, Saruhanoğulları bəyliyi isə Saruhanlı qolundandır. Aydınoğulları bəyliyi Germiyanoğulları bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Avşar ola biləcəyi düşünülür.
İran və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış Afşarlar XII əsrdə Anadoluya köç etmişdilər.
Səfəvilər dövründə Fars və Huzistandaki Avşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyaya gəlib yerləşdikləri təxmin edilməkdədir. Afşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Xorasandaki Afşarların Qırxlı oymağına bağlı Nadir şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur.
Afşar xanədanlığı Nadir şah öldürüldükdən sonra müəyyən zamanda qarışıqlıqlar içində yox olmuşdur.
Türklərin tarixi coğrafiyasında bir çox yerlər Afşar adını daşımaqdadır. Məşhur bir soyad olaraq günümüzə qədər gəlmişdir. Balkanlarda da Avşar boyuna mənsub insanlar yaşamaqdadır.
Türkiye'de, Kayseri'de, Adana'da, Kahramanmaraş'ta, Konya'da, Ankara'da, Hatay'da, Gaziantep'te, Sivas'ta, Malatya'da, Balıkesir'de, Aydın'da, Isparta'da, Manisa'da Türkiye'nin pek çok yerinde Avşarlar yaşamaktadır.Her yıl, Kayseri'de Dadaloğlu ( Avşar ) Şenlikleri yapılmaktadır.Avşar kurultayı düzenlenmektedir.Səfəvilər dövlətinin Qızılbaş tayfalarından biri də əfşarlar olmuşdur.
Tarix: 01.03.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Dunya ve tarixi