Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏL GEDƏK OTURUB SAATA BAXAQ

Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
o da ki gözümü qapamaq üçün.

Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.

Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək oturub saata baxaq.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...