Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HÖRÜYÜN ƏLİMDƏ TƏSBEH ƏVƏZİ

Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.

İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...