Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qayit...(Eli Kerim)

Həsrətin araya atdı,dağ,dərə,
Sönən işıq oldun,batan səs oldun.
Qayıt,mənim gülüm,qayıt bu yerə,
Ey mənim istəyim,nə gəlməz oldun???

Ümidlər,arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş,könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Qayıt,mənim gülüm,yerbəyer elə
Dərdli səhərləri,gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt,yerinə qoy Ayı,Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt,gözüm nuru,könlüm atəşi,
Qayıt,səhmana sal bu kainatı


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 175 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...