GÖRÜNÜŞ
Miz üstə şair başı
başda şer havası...
Siqaret kötüyüylə
dolmuş sərçə yuvası.
Saatın əqrəbləri
biri-birinin üstə:
qıfılnan bağlanıblar
üçü də «bir»in üstə.
O körpənin alnında
iki kəlməlik yazı:
bax, elə beləcə də
yazılıb ki «nə yazım?»
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...