Həyatda iyirminci sinifdəyəm,
Görəsən nə zaman diplom alacam?
Axının əksinə hey üzə-üzə,
Deyəsən, mən elə dərsdə qalacam.
Şagirdlər şənliyə yığışır yenə,
Hamıdan kənara qəsdən qaçıram.
Lövhə qarşısında tək ayaq üstə,
Səbəbi mən yenə dərsdən qaçıram.
Həyat məktəbində həvəssiz şagird,
Və elə tələsik qaçır zaman ki.
Gündəlik iki üç mən ala ala,
Tənbəl tələbəyəm həyata sanki.
Elə qazılır ki, doğruya yalan,
Siləcək beynimin divarın silmir.
Təbaşir yerinə qanla yazılır,
Bunu müəllimlər öyrədə bilmir.
Həyat dəftərimi mən yaza-yaza,
İçindən sevgini cırmaq istədim.
Dəli bir sinirlə, min etirazla,
Məktəb camlarını qırmaq istədim.
Və gördüm öyrəşir insan hər şeyə,
Bu həyat öyrədir sənə yalanı.
Axının əksinə üzsəmdə yalnız,
Dəyişə bilmərəm qaçan zamanı...
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 137 Bölmə: Azerbaycan Edebiyyatindan