BU GÜN VAXTIM YOXDU, BU GÜN ÖLÜRƏM
Yaranın üstü tək açıldı gözün -
indi bu yaradan axan qandı su.
Dərdin doquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.
Səni necə atım, necə, bilmirəm -
bir zərsən düşmürsən heç üzü üstə.
Şəklini asdığım mıx qalıb ancaq
sinə divarımın iç üzü üstə.
İki tərəfin var – gözlərin, dilin:
bu işıq gələndi, o da it hürən…
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...