Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəl Tut əllərimi, Duyum Sən Varsan!

Ürək ağlamasın, qoy həsrətindən,

Hər dəfə qəlbimdən siləndə səni.

Gözə iz düşməsin öz nifrətimdən,

Başqa bir insanla görəndə səni.

***

Könlüm nə susmayır, nə də dinməyir,

Axan göz yaşımı əlim silməyir,

Ürək pıçıltıyla səni səsləyir,

Hər dəfə yol üstə görəndə səni.

***

Gəl tut əllərimi, duyum sən varsan!

Qoy həyatı sevim, çünki, həyatsan

Sən mənim qəlbimdə yanan ocaqsan,

Qızınım istinə sevəndə səni.

***

Qəlbimə vurulan bir oxsan deyə,

Çəkdiyim əzabsan sən ahsan deyə,

Yanaxda damlasan, sən yaşsan deyə…….
Əllərim titrəyir siləndə səni.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...