Anası ölmüşdü mənim atamın,
Belini bir anda bükülü gördüm.
Gözündə yaş vardı, üzündə kədər,
Mən onda yetimlik nişanı gördüm.
Bilmədim nə edim, nə söyləyim ki,
Qəlbini isidim anası kimi.
İstədim oxşayım, əlim titrədi,
Dedim oxşamaram anası kimi.
Necə gün üzünə baxa bilmədim
Qorxurdum, atamı dəyişmiş görüm.
Çox şeylər düşündüm, deyə bilmədim,
Çəkindim o yetim könlünə dəyim.
Anası ölmüşdü mənim atamın,
Elə bir ana ki, tayı yox idi.
Yazmışdı, inləylə həyat anlamın,
Kitabı naxışlı xalçalarıydı.
Nənəmin adını daşıyıram mən,
İstərdim atamın anası olum.
Anasız ömrünün səhifəsindən
Yol gedən gününün varağı olum.
Bu gün "8 Mart" bayramıdır ana,
Biz səni ürəkdən təbrik edirik.
Atam gül alardı öz anasına,
Bu il ikimiz də alarıq sənə!
Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Azerbaycan Edebiyyatindan