Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menim Seni Seven Ureyim Oldu

Ürəyi olmadan sevmək çətinmiş
Mənim səni sevən ürəyim öldü
Ürəyim əzəldən elə səninmiş
Mənim səni sevən ürəyim öldü

Haqqa üz çevirdim yolumu azdım
Səni söz eylədim qəlbimə yazdım
Əlimlə ona bir qəbirdə qazdım
Mənim səni sevən ürəyim öldü

Nə deyim axı bu naləyə bu aha?
Səni sevmək mənə ömürdən baha
Mən səni sevmərəm sevmərəm daha
Mənim səni sevən ürəyim öldü

Özünü çıxılmaz bir yola saldı
Gizlədi dərdini məndəndə dandı
Yandı sənsizlikdən alışdı yandı
Mənim səni sevən ürəyim öldü


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...