Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏZRAİLİN İSTEFASI

Əzrail ərz edərək söylədi: “Ey rəbbi-ənam...
Bir təbib, iştə, bu il qullarını qırdı təmam.
Mən edincə hələ bir ölməli bimarı həlak,
O alır ölməməli min nəfərin canını pak.
Verdiyin canları min-min ki, bu zalım alacaq,
De görüm, qul deyə, yahu, sənə bəs kim qalacaq?
Qoy alım canını bari, qoparım məhşərini,
Yoхsa, billah, qıracaq qullarının əksərini.
Bu təmənnamı qəbul eyləməz olsan

hala,
Kərəm et, ta əməlimdən verəyim iste’fa.
Başqa bir хidmətə nəsbən məni qıl minnətdar,
Əzrail olmağı ver işbu təbibə zinhar”.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 154 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...