Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Yaşamaq Istədim

Mən yaşamaq istədim, səni yaşatmaq üçün.
Qəlbində bəslədiyin arzuya çatmaq üçün.

Qayıtmaq istəyirəm, on il bundan əvvələ.
Əvvəlkitək düşəydi qəlbimizə vəlvələ.

Sakit, səssiz duraydıq, baxıb bir-birimizə.
Biz birlikdə qataydıq, gecəmizi gündüzə.

Həyəcandan, təlaşdan, qəlbimiz alışaydı.
Dilimizin yerinə ürəklər danışaydı.

Mən səni istəyirəm, ancaq yoxsan sevgilim,
Gecələr gördüyümtək, bir yuxusan sevgilim.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 114 Bölmə: Azerbaycan Edebiyyatindan
loading...