Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Hacıyev

Hacıyev Sabir İsmayıl oğlu – Azərbaycanın "Əməkdar jurnalisti" (1989), Azərbaycan Yazıçılar (2001) və Jurnalistlər (1970) Birliklərinin üzvü.Mündəricat
1 Həyatı
2 Əmək fəaliyyəti
3 Yaradıcılığı
4 Nailiyyətlər
5 Xarici keçidlər
6 Həmçinin bax


Həyatı

Sabir Hacıyev 4 may 1931-ci ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. 1938-ci ildə kənd orta məktəbinə daxil olmuş, 5-ci sinfə kimi oxumuş, lakin ağır müharibə illəri bir çox həmyaşıdları kimi onun da təhsilini davam etdirməsinə imkan verməmişdir. O, erkən yaşlarından əmək fəaliyyətinə başlamış, əvvəlcə kolxozda işləmişdir.

1949-cu ildə Bakıya gedərək neft mədənlərində fəhləlik etmiş, eyni zamanda axşam fəhlə-gənclər məktəbində 8-ci sinfə kimi oxumuşdur. 1951-1954-cü illərdə hərbi xidmətdə qulluq edən S.Hacıyev ordudan tərxis olduqdan sonra Gəncəyə gəlmiş, burada həm işləmiş, həm də oxuyaraq orta və ali təhsil almışdır.

Əmək fəaliyyəti

S.Hacıyev 1969-1971-ci illərdə Bakı Ali Partiya məktəbini bitirərək ikinci təhsil almışdır. 1954-cü ildən bədii yaradıcılıqla məşğul olur. 1962-ci ildən mətbuatda çalışır. Əvvəlcə Gəncə rayonlararası "Mübariz" qəzetində buraxıcı, müxbir, şöbə müdiri vəzifələrində işləyib. Sonradan Daşkəsən rayonunda çıxan "Daşkəsən" qəzetinə redaktor (1966-1973) vəzifəsinə göndərilib. Daha sonra Şəmkir rayonunda çıxın "Ulduz" qəzetinə (1973-1977) redaktor vəzifəsinə dəyişdirilib.

1977-ci ilin yanvar ayından "Gəncənin səsi" qəzetinə rəhbərlik edən S.Hacıyev hazırda həmin qəzetin baş redaktorudur.

Yaradıcılığı

Sabir Hacıyev eyni zamanda 8 kitabın: "İnamın gücü" (1983), "Xatirələr dil açır" (1988), "Anamın nəfəsi" (1997), "Dözüm istəyirəm" (2001), "Bu dünyanın iki üzü" (2002), "Ömrüm-Sabir yolu" (2006), "Ömrün anları" (2007) kitablarının müəllifidir. Hazırda "El gözü tərəzidir" kitabı nəşrə hazırlanır.

Nailiyyətlər

Respublikanın "Əməkdar jurnalisti" (1989) olan S.Hacıyev Azərbaycan Yazıçılar (2001) və Jurnalistlər (1970) Birliklərinin üzvüdür. O, baş redaktor kimi 42 illik fəaliyyəti dövründə müxtəlif rəhbər təşkilatlar tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Eyni zamanda "Rəşadətli əməyə görə" (1970) medalı ilə təltif edilmişdir. ""Qızıl qələm" (1982), "Həsəb bəy Zərdabi" (1995) mükafatları laureatıdır.

S.Hacıyev jurnalistlik fəaliyyəti dövründə 5 dəfə Azərbaycan Jurnalistlərinin, 2 dəfə isə SSRİ Jurnalistlərinin Qurultay nümayəndəsi olmuşdur. O, eyni zamanda ardıcıl olaraq 8 çağırış rayon və şəhər Partiya Təşkilatlarının Plenum üzvü və rayon-şəhər Sovetləri deputatı seçilmişdir.

S.Hacıyev həm də Respublika Jurnalistlər Birliyinin katibi, Gəncə şəhər təşkilatının isə sədridir.

50 ilə yaxın mətbuatda çalışan S.Hacıyev Heydər Əliyevin fəal təbliğatçılarından olmaqla, onun 1992-ci ildə Naxçıvandan gəncəlilərə göndərdiyi müraciəti redaktoru olduğu qəzetdə çap etdirmişdir.

20 yanvar hadisələrində respublikada nəşr olunan qəzetlər fəaliyyətlərini dayandırdıqları zaman "Gəncənin səsi" qəzeti həmin hadisələri işıqlandırmış, Mixail Qorbaçovun siyasətini pisləmişdir.

S.Hacıyev 1993-cü ilin avqustunda Gəncədə keçirilən yığıncaqda Əlikram Hümbətova qarşı Heydər Əliyevi dəstəkləyən üç nəfərdən biri olmuşdur.

42 illik baş redaktorluq fəaliyyəti dövründə mindən artıq məqalənin və publisistik yazıların müəllifi olan S.Hacıyev bu gün də fəaliyyətini davam etdirir və şəhərin ictimai həyatında iştirak edir.


Tarix: 17.01.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Şairlər və Yazıçılar
loading...