Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orxan Fikrətoğlu

Sadıqov Orxan Fikrət oğlu (Orxan Fikrətoğlu) — azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnstitutunu bitirib. 1983-cü ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini, Mozalan satirik kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısı olub. Hazırda Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, ATV telekanılında veriliş aparıcısıdır. Yeddi bədii nəsr kitabının, üç publisitik kitabın müəllifidir.

İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyasına" düşüb.

Orxan Fikrətoğlunun, "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi " pyesləri ölkə teatrlarında səhnələşdirilib.

Ailəlidir. Bir qızı var.

Filmoqrafiya
Ötən ilin son gecəsi (film, 1983) (işıqçı)
Bəxt üzüyü (film, 1991) (ssenari müəllifi - Ramiz Əzizbəyli və Vaqif Səmədoğlu ilə birgə)
Qəzəlxan (film, 1991) (kino redaktoru)
Səs (film, 1993) (ssenari müəllifi)
Ümid (film, 1995) (ssenari müəllifi)
Yük (film, 1995) (aktyor)
Solaxay (film, 1996) (ssenari müəllifi)
Ağ kətandakı adam (film, 1998) (ssenari müəllifi)
Ailə (film, 1998) (kino redaktoru)
Xalça nəğməsi (film, 1998) (Film Birinci Beynəlxalq Yalta Kinofestifalının baş mükafatını alıb) (ssenari müəllifi və rejissor)
Qız qalası (film, 2000) (ssenari müəllifi)
Ərazi (film, 2005) (ssenari müəllifi və rejissor)
Azərbaycana namus və sevgiylə (film, 2006) (arxiv kadrlarda)
Yalan (film, 2006) (ssenari müəllifi)
Kəpənək (film, 2007) (ssenari müəllifi)
Qanadlarıma sığal çək (film, 2008) (ssenari müəllifi)


Tarix: 17.01.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 554 Bölmə: Şairlər və Yazıçılar
loading...