Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Tudə

Cavadzadə Əli Qulu oğlu (Əli Tudə) — Azərbaycan şair, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987).

Həyatı

Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. Burada 150 saylı orta məktəbin yeddinci sinfini bitirmişdir. Bu dövrdə Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. Sonra ailəliklə Cənubi Azərbaycana köçdüklərindən təhsil ala bilməmişdir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Sovet Ordusunun döyüş hünərindən bəhs edən ilk şeirləri də bu vaxtlar yazıb 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə çap etdirir. 1944-1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm çap olunmuşdur. O, "Hizbitudeyi İran" partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına daxil olur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə maarif nazirliyi tədris şöbəsinin müdiri (1945-1946), Təbriz dövlət filarmoniyasının direktoru (1946) kimi çalışır. Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləyır. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947-1952). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, "Azərbaycan" qəzetində (Azərbaycan demokratik fırqəsinin orqanı) ədəbi-şobə müdiri olur (1952-1962). Sonra bütün qüvvəsini yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s.) olmuşdur. "21 Azər" (1946), "Əməkdə fərqlənməyə görə" (1959) medalları ilə təltif edilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-cı ildən).

1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

Əsərləri
Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950, 99 səh.
Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950, 40 səh.
Vətən sevgisi. Bakı: Azərnəşr, 1951, 64 səh.
Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952, 28 səh.
Şimal həsrəti. Bakı: Azərnəşr, 1953, 164 səh.
Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954, 48 səh.
Şerlər. Bakı: Azərnəşr, 1955, 76 səh.
Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956, 131 səh.
Qartal. Bakı: Azərnəşr, 1959, 170 səh.
Qəzəb. Bakı: Azərnəşr, 1960, 98 səh.
Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962, 227 səh.
Buludlar. Bakı: Azərnəşr, 1964, 132 səh.
Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966, 187 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968, 321 səh.
Şerlər. Bakı: Gənclik, 1970, 60 səh.
Sevinc. Bakı: Gənclik, 1973, 112 səh.
Şəlalə. Bakı: Azərnəşr, 1974, 183 səh.
Ömrün illəri. Bakı: Gənclik, 1976, 164 səh.
Həyat sınağı. Bakı: Yazıçı, 1978, 232 səh.
Nəğməli gecələr. Bakı: Yazıçı, 1981, 210 səh.
Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983, 87 səh.
Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983, 145 səh.
Araz üstə palıd. Bakı: Yazıçı, 1984, 303 səh.
Öz gözlərimlə. Bakı: Azərnəşr, 1986, 161 səh.
Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988, 255 səh.
Mənə elə baxma. Bakı: Gənclik, 1990, 276 səh.
Təbriz yolu. Bakı: Azərbaycan, 1996, 240 səh.
Söz ömrü. Bakı: Azərnəşr, 1997, 328 səh.
Mühacir qeyrəti. Bakı: Azərbaycan, 1998, 386 səh.
Mənim səsim. Bakı: 2000, 472 səh.
Mənim səsim. Bakı: 2000,


Tarix: 14.01.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 711 Bölmə: Şairlər və Yazıçılar
loading...