Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arif Abdullazadə

Abdullayev Arif Əbdürrəhman oğlu (Arif Abdullazadə) — şair, nasir, ədəbiyyatşünas, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1977).

Həyatı

Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961).

Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi (1961-1962), sonra Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1962-1968), böyük elmi işçi (1968-1976), aparıcı elmi işçi (1976-1993), Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır (1993-2002).

Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir (1970-1972).

2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir.

Əsərləri
1. Arzular. Bakı: Azərnəşr, 1964, 143 səh.
2. Könüllərin dünyası. Bakı: Azərnəşr, 1966, 183 səh.
3. Hər yerdə, hər zaman. Bakı: Azərnəşr, 1969, 72 səh.
4. Ana dünyamız. Bakı: Azərnəşr, 1975, 74 səh.
5. Novatorluq və üslub. Bakı: Elm, 1976, 112 səh.
6. Sevin Azərbaycanı. Bakı: Gənclik, 1979, 104 səh.
7. Bir ovuc torpaq. Bakı: Gənclik, 1982, 287 səh.
8. Səninlə sənsiz. Bakı: Yazıçı, 1983, 136 səh.
9. Şairlər və yollar. Bakı: Elm, 1984, 224 səh.
10.Duyum (roman). Bakı: Gənclik, 1986, 336 səh.
11.Bəxtimizin kitabı (şeirlər). Bakı: Yazıçı, 1988, 240 səh.
12.Şair Cəfər Cabbarlı. Bakı: Elm, 1989, 180 səh.
13.Od nə çəkdi. Bakı: Azərnəşr, 1990, 282 səh.
14.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1991, 334 səh.


Tarix: 13.01.2013 / 13:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 572 Bölmə: Şairlər və Yazıçılar
loading...