Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəşəm Nəcəfzadə

Qəşəm Nəcəfzadə - Azərbaycan şairi və publisisti.Mündəricat
1 Həyatı
1.1 Təhsili
1.2 Fəaliyyəti
1.3 Əsərləri
2 Xarici Keçid


Həyatı

Qəşəm Mirzə oğlu Nəcəfov 1959-cu il aprel ayının 1-də Azərbaycan SSR, İmişli rayonunun, Əliqulular kəndində anadan olub.

Təhsili
1976-cı ildə İmişli Rayon Əliqulular kənd orta məktəbini bitirb.
1981-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun ədəbiyyat fakültəsini bitirib.

Fəaliyyəti

Uzun illər orta məktəb və unversitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında poeziya söbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəri, Azərbaycan Respublikası Milli Radio Və Televiziya Şurasının ekspert şurasının üzvü və "Təfəkkür" Unversitetində baş müəllimdir.

Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib. Şairin indiyə kimi 19 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan(Ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan dillərində kitabları nəşr olunub.

Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adına mükafatına layiq görülüb. Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.

2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.

2007-ci ildə şeirləri Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüb.

Əsərləri
1. “Sevginin sonunu deməyin mənə” Bakı,Yazıçı-1986
2. “Yatmış dəniz şəkli” Bakı, Gənclik-1990
3. “Bir gəlin dalğa ilə yan-yana”Bakı, Göytürk-1994
4. “Gülümsəyən ağac” Bakı, Göytürk-1995
5. “Şeirimin bəxti” Bakı, Göytürk-1995
6. “Sevmək istəyirəm təzədən” Bakı, Göytürk-1996
7. “Sarı sim” Bakı, Göytürk-1997
8. “Sən yadıma düşəndə” Bakı, Qanun-1997
9. “Özümə doğru” Bakı, Azərnəşr-1998
10. “Ömür kitabıma düzəliş” Bakı, Azərnəşr- 2001
11. “Və sairə” Bakı, Nurlar-2004
12. “Hüseynbala Mirələmovun ədəbi həqiqətləri” Bakı, Şəms-2005.
13. “The Evening Stories”(Axşam hekayələri) ingilis dilində. Bakı, Şəms-2007
14. “Prebraşenie” (Çevrilmə) Rus dilində. Bakı, Araz-2007
15. “EENWORDING“ (Birləşmə) Holland dilində. Hollandiya, Amsterdam-2007
16. ”SKETCHES OF PRISON” (Həbsxana etüdləri) İngilis dilində. Hollandiya, Amsterdam-2007
17. “Qadının ölümü” Bakı, Vektor-2008
18. “Savaş, ayakkabı, ölüm” Ankara. Bengü-2008
19. Ölülər bizə gülür” Tehran-2008
20. “Oğlum qapını aç, qapıda bir külək ölür” Şirvannəşr- 2009
21.”Barmaqların öpüşü” fars dilində Iran, Tehran-2009
22.”Şeirin içindəki adam” esselər, məqalələr, Bakı, yazıçı- 2010


Tarix: 16.01.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 360 Bölmə: Şairlər və Yazıçılar
loading...