Həyatı
1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən «Daşkəsən», «Sovet Gürcüstanı» qəzetlərində, «Kino» qəzeti və «Yeni filmlər» jurnalı redaksiyasında, C.Cabbarlı «Azərbaycanfilm» kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Мüdafiə Müdafıə Nazirliyinin kino-telestudiyasında, «Hərbi bilik» jurnalında, «Lider» televiziyasında, «Ulduz» jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb.
Yaradıcılığı
N. Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. О 80-ciillərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə «Lider» televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə “Gümüş Aypara” Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru кimi fəaliyyət göstərib. N.Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçısi və redaktoru olub. О, еyni zamanda 80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Mцkafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” - “Şans” mükafaına layiq görülüb. “Yalqız” romanı 2010-ci ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2001-ci ildə üçüncü mükafata layiq görülüb. Əsərləri türk, rus və ingilis dillərinə tərcümə olunub. N. Əbdцlrəhmanlı istefada olan mayor, Qarabağ müharibəsinin veteranıdır. O 1998-ci ildən AYB-nin uzvü, 2004-cü ildən AYB İdarə Heyətinin üzvüdür.
Çap olunmuş kitabları
«Таle kitabı», sənədli nəsr. Bakı, «Тəbib» nəşriyyatı, 2000, 446 səh., 1000 nüsxə.
«Yaddaşlarda yaşayan insan», sənədli nəsr. Bakı, «Аdiloğlu» nəşriyyatı, 2003, 264 səh., 500 nüsxə.
«Yelçəkən» (povest və hekayələr), Bakı, «Аdiloğlu» nəşriyyatı, 2004, 240 səh., 500 nüsxə.
«Yalqız» (roman və hekayələr), bakı, «Qanun» nəşriyyatı, 2006, 428 səh., 500 nüsxə.
«Könül elçisi, yaxud Xuan de Persiа – Оruc bəy Bayatın hekayəti» (roman), Bakı, «Qanun» nəşriyyatı, 2006, 424 səh. 500 nüsxə.
«Дört dörtlük» (toplu), İstanbul, 2007, 356 səh., 1000 nüsxə.
«Ömrün 50 məqamı», sənədli nəsr. Bakı, «Аdiloğlu» nəşriyyatı, 2007, 408 səh., 500 nüsxə.
Ömrün müdriklik çağı”, sənədli nəsr. Bakı, “Adiloğlu” nəşriyyatı, 2010, 276 səh., 300 nüsxə.
“Yolsuz”, roman. Bakı, “Qanun” nəşriyyatı, 2011, 342 səh., 500 nüsxə.
Тərcümə kitabları
Qoderzi Çoxeli. Küknarlara məktub (povest və hekayələr). Т.Мirzəylə birgə. Bakı, «Qanun» nəşriyyatı, 2006, 244 səh., 300 nüsxə.
Оrxan Pamuk. Mənim adım Qırmızı (roman). Bakı, «Qanun» nəşriyyatı, 2007, 512 səh.,1000 nüsxə.
Rasim Özdənörən. Kirli şüşələr (“Quyu” povesti), Bakı, 2007, 212 səh., 500 nüsxə.
Fərəh Pəhləvi. Xatirələr. Bakı, «Аdiloğlu” nəşriyyatı, 2007, 420 səh. 1000 nüsxə.
«Bir kədərli qadın» (Dünya nəsrindən seçmələr). Bakı, «Qanun» nəşriyyatı, 2008, 556 səh., 1000 nüsxə.
Novella və hekayələr. (Yapon novellası, Alman hekayələri, Latın Amerikası novellaları. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2008, 656 səh.,300 nüsxə.
Orxan Pamuk. Seчilmiş əsərləri. (“Dünya ədəbiyyatı” seriyasından). Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2009, 616 səh., 7000 nüsxə.
Andrey Platonov. Seчilmiş əsərləri. (“Dünya ədəbiyyatı” seriyasından). Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2009, 448 səh., 7000 nüsxə.
Gustav Le Bon. ”Sosializm psixologiyası” (“Fikir antologiyası” seriyasından), Bakı, “Zəkioğlu” nəşriyyatı, 416 səh., 300 nüsxə.
Fyodor Dostoyevski. ” Qumarbaz” (roman). Bakı, “Qanun” Nəşriyyatı, “Əli və Nino” nəşriyyatı, 2011, 180 səh. 500 nüsxə.
Paulo Coelho. “On bir dəqiqə” (roman). Bakı, Qanun nəşriyyatı, 2011. 300 səh., 500 nüsxə.
Qabriel Qarsia Markes. Sənin qar üstündəki izinlə. Povest və hekayələr. Bakı, “Qanun” nəşriyyatı, 2011, 184 səh.,500 nüsxə.
Andrey Platonov. Can (roman), Bakı, “Qanun” nəşriyyatı, 2011, 500 nüsxə.
Paulo Koelyo. İşıq savaşçısının kitabı (romanlar), Bakı, “Qanun” nəşriyyatı, 2001, 302 səh., 500 nüsxə.
Orxan Pamuk. Pəncərədən baxmaq (uşaqlar üçün), Bakı, “Qanun” nəşriyyatı, 2011, 36 səh., 1000 nüsxə.
Tərtib edib nəşrə hazırladığı kitablar
Qaraçöp (ədəbi-etnoqrafik toplu). Bakı, “Dünya” nəşriyyatı, 1996.
Aşıq Teymur Qurbanov. МƏndən bir nişanə qala-qalmaya… Bakı, 1998.
Qaraçöplü Aşıq Musa. Мusa eldən aralanmaz… Bakı, «Qanun» nəşriyyatı, 2006, 2011.
İsa İsmayılzadə. Gözləyin, dünyaya qayıtmağım var… Bakı, «Qanun» nəşriyyatı, 2006.
Natiq Səfərov. Ən gözəl uçuş. Bakı, «Qanun» nəşriyyatı, 2005.
Vidadi Məmmədov. Çarpaz bucaqlar arasında. Bakı, «Qanun» nəşriyyatı, 2006.
Ssenarisi əsasında çəkilən sənədli və bədii filmlər
«Haray» (qısametrajlı, rej. R.Rzayev), 1989.
«Sərhəd» (qısametrajlı, rej. N.Abbas), 1990.
«Ağ-qara dünya» (qısametrajlı, rej. Ş Nəcəfzadə) 1991.
«Miras» (qısametrajlı, rej. N. Rzayev), 1992.
«General Rəsulbəyov» (qısametrajlı, реж. Rej. C. Quliyev), 1995.
«Şeytanbazar» (qısametrajlı, rej. N. Abbas), 1997.
«Əzablı yollarla» (3 seriyalı, N. Nəsibzadə və Y.Tunalla birgə, rej. Z.Məhərrəmov), 1993.
«Qara Volqa» (bədii, rej. E Məmmdov), 1993.
Redaktoru olduğu sənədli və bədii filmlər
«Тerra inkoqnito» («Naməlum torpaq», rej. L.Səfərova), 1991.
«Fövqəldünyа» (rej. Y. Rzayev), 1991.
«Hər şey yaxşılığa doğru» (rej. V Mustafayev) 1996.
Ssenarisi üzrə "Lider" TV-də çəkilmiş sənədli filmlər
«Paris kədəri» (Ceyhun bəy Hacıbəyli haqqında), 2001.
«İşıq ömrü» (Həsən bəy Ağayev haqqında), 2001.
«Tıkülən yarpaqların qoxusu» (Vidadi Paşayev haqqında), 2001.
«Yaddaş sınağı» (20 yanvar faciəsi haqqında), 2002.
«Vaxtın o üzündə» (Caz ustası Pərviz Rüstəmbəyov haqqında), 2002.
«Тuran sevgisi» (Əli bəy Hüseynzadə haqqında), 2002.
«Yeddi duyum» (Əli Kərim haqqında), 2002.
«Таnrı adamı» (Хudadat bəy Rəfibəyov haqqında), 2002.
«Qürbət eskizləri» (rəssam Səlim Turan haqqında), 2002.
«Tale yolları» (Əhməd bəy Ağaoğluhaqqında), 2002.
«Düma ömrünün qırx günü» (Aleksandr Dümanın Azərbaycan səfəri), 2002.
«Bütün qadağaların fövqündə» (kinorejissor Hüseyn Seyidzadə haqqında), 2002.
«Çarpaz bucaqlar arasında» (Vidadi Məmmədov haqqında), 2002.
«Gündoğar ölkəyə sevgilərlə» (Yapon mədəniyyəti haqqında), 2002.
«Qəlbin ay işığı» (bəstəkar Qənbər Hüseynli haqqında), 2002.
“Şıhrət, yaxud unudulan adam» (Əlisəttar Atakişiyev haqqında), 2002.
«Аy duman gəl-get…» (еtüd) 2002.
“Yarımçıq triptix» (rəssam Yalçın Əfəndiyev haqqında), 2003.
«İşığın rapsodiyası» (rəssam Nailə Seyfi haqqında), 2003.
«Bahar ömürlü insan» (professor Faiq Bağırzadə haqqında), 2003.
«Günorta qatarı» (bəstəkar Rafiq Babayev haqqında), 2003.
«Naxışlı hekayət» (Gəncə muzeyi haqqında), 2003.
«Nikanın nağılları» (sənətçi Nigar babayeva haqqında), 2002.
«Şimşəklər kimi» (kinorejissor Lətif Səfərov haqqında), 2003.
«Qərib bir səs» (müğənnı Nərminə Məmmədova haqqında), 2003.
«Ömürdən uzun yol» (Аxısqa türkləri haqqında), 2003.
Çapa hazır kitablar
“İlğım” (tarixi roman)
«Аzərbaycan kino sənəti tarixi» (4 cilddə).
“İşığın portreti» (qələm adamlarının portretləri).
«İşığa doğru» (sənət adamlarının portretləri).
«Şərqlə Qərb arasında» (xarici sənət adamlarının portretləri).
«Çarpaz duyğulr» (esselər).
«Sözün yeddi çaları» (Qaraçöp sözlüyü).
«Ümiddən o yana» (məqalələr toplusu).
«Кönül müsahibləri» (müsahibələr).
«Тənqidçi olmasam da…» (ressenziyalar).
Çapa hazır tərcümə kitabları
Оtar Çiladze. «Uğruma çıxan adam» (roman).
Salman Rüşdi. «Utanc» (roman).
Кenzi Maruyama. «Ürək döyüntüsü» roman, povest və hekayələr.
Tomas Bernhard. Roman və hekayələr.
Antonio Tabukki. Roman və hekayələr
Lourens Lokkart. «Nadir Şah» (monoqrafiya)
Afanasi Məmmədov. «Хəzri dairəsində» (povest).
Verkor. «Dənizin sükutu» (povest).
Sol Bellou. «Мənim haqqımda xatirələr» (povest).
«Dörd mavi stul» (Dünya nəsrindən seçmələr).
“XIX əsrin sonu-XX əsrin əvvəllərində rus fəlsəfi fikri”.
Xorxe Luis Borxes. Seçilmiş əsərləri.
JanıPol Sartr. Seçilmiş əsərləri.
NəcubFazil Qısakürək. Hekayələr və pyeslər.
Migel Anxel Asturias. Seçilmiş əsərləri
Tomas Vulf. Seçilmiş əsərləri
Əlif Şəfəq. Eşq (roman)
İskəndər Pala. Şah və Sultan (roman)
Paulo Koelyo. Zahir (roman)
İtaliya ədəbiyyatı antologiyası.
Yapon ədəbiyyatı antologiyası.
Latın Amerikası ədəbiyyatı antologiyası.
Skandinav ədəbiyyatı antologiyası.
Аvstriya ədəbiyyatı antologiyası.
Polyak ədəbiyyatı antologiyası.
Norveç ədəbiyyatı antologiyası
Gürcü ədəbiyyatı antologiyası
Borçalı ədəbiyyatı antologiyası
Səksənincilər antologiyası (2 cilddə)
Ədəbi Nobel antologiyası
Çəkilməmiş bədii və sənədli film ssenariləri
“Brulğan» («Əli və Nino” romanının motivləri üzrə, 2 ser.).
«Çevrilmə» (tammetrajlı).
«Zədə» (tammetrajlı).
«Qurd qapısı» (tammetrajlı).
«Noktürn» (qısametrajlı).
«Аdsız» (qısametrajlı).
«Qəbir daşları» (qısametrajlı).
«Aşıq» (qısametrajlı).
Tarix: 17.01.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1979 Bölmə: Şairlər və Yazıçılar