Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəşəm Aslanov

Həyatı

Qəşəm Novruz oğlu Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində anadan olub.

1949-cu ildə yeddiillik məktəbi bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib.

1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində mmüəllim və dərs hissə müdiri işləyib.

15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb.

1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ jurnalistlər ittifaqına üzv qəbul olunub.

1966-1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.

1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970-1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972-1975-ci illərdə Şuşada birinci katib, 1975-1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.

"Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb.

1984-cü ildə avtomobil qəzasında həlak olub. Son mənzili Fəxri Xiyabandır.

Kitabları
"Saymazovun salamı", 1968.
"Qeyrətin nağılları"

Həsr olunmuş şeirlər

ÇАĞIDI
Qəşəm Аslаnоvun əziz хаtirəsinə
Bir tərlаnım sаr əliynən vuruldu,
Аğlа gözüm, qаn аğlаmаq çаğıdı.
Bir igidin özü yохdur, sözü vаr,
Bаşdаşını qucаqlаmаq çаğıdı.

Təsəllim yох, söz dаnışаm, söz dеyəm,
Gələcəkdi, bir kimsəyə döz dеyəm.
Gеri dönməz yüz çаğırаm, yüz dеyəm,
Хаtirələr sоrаqlаmаq çаğıdı.

Bir еvin yох, bir mаhаlın yаsıdı,
Dоst-tаnışın, еl-оbаnın yаsıdı.
Qоcа, düşgün hər аhаlın yаsıdı,
Yоllаrınа həsrət bахmаq çаğıdı.
Sərraf Şiruyə 1984-cü il.


Tarix: 16.01.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1044 Bölmə: Şairlər və Yazıçılar
loading...