Həyatı
Salman Məmmədəmin oğlu Əsgərzadə (1884-1941 Şəki ) - görkəmli ədəbiyyatşünas-alim.
Salman Mümtaz 1884-cü ildə Şəkidə anadan olub. İki yaşında anası Zəhra xanımla Aşqabada köçür. Azərbaycanda Xalq Cumhuriyyəti qurulana kimi burada yaşayır.
Salman Mümtaz balacalıqdan evin dolanışıq yükünün altına girdi. Qardaşıyla birgə dayılarına ticarət işlərində kömək etdi. Getdiyi yeganə məktəb mollaxana oldu. Orda da cəmi üç ay oxudu. Ərəb, fars, urdu dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərindən öyrəndi. Türk dillərinə böyük marağı vardı. Özbək, qırğız, türkmən dillərini bilirdi. Ədəbiyyat sirli bir aləm kimi onu özünə çağıranda Salman hələ çox gənciydi. "Molla Nəsrəddin" jurnalında "Xortdanbəy", "Sərçəqulubəy" və başqa imzalarla müxtəlif şeirləri, məqalələri çap olundu. Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra Bakıya köçür.1918-ci ildə Mümtaz əfəndi Ənvər Paşa və Nuru Paşanın Azərbaycana gəlişlərinə şeir həsr edir. Azərbaycan SSR dövründə "Azərnəşr"də işləyir. Klassik şairlər barədə əsərlər yazır. 1937-ci ilin 19 iyununda Salman Mümtazı "burjua-millətçi, pantürkist" kimi əvvəlcə tutduğu vəzifələrdən azad edib ev dustaqlarına çevirirdilər. Sonra, SSRI Elmlər Akademiyasının Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən kənarlaşdırıldı. İşdən çıxarılmasına baxmayaraq Nadir əlyazmaları, kitabları toplayıb-araşdırırdı. Uzun illər yorulmaq bilmədən çalışdı. Əldə etdiyi əlyazmaları "Kitabxaneyi-Mümtaziyyə"sini bəzəyirdi. Salman Mümtaz yenə vaxtının əsas hissəsini orada keçirirdi.
Represiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Ona görə təkcə 1937-ci ildə Azərbaycanda 29 min "xalq düşməni" güllələndi. 1937-1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı, o cumlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları xarici dövlətlərə cəsusluqda və "pantürkizm"də günahlandırılaraq represiya olundu. Eləcə də Salman Mümtaz 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də yaşadığı Buynakski - 25 (indiki Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olundu.1941-ci ilin 21 dekabrında Siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında ölüm hökmü verilmişdi. Əmrin icrasına təcili başlanıldı. Salman Mümtaz qətlə yetirildi.
Ələsgərov Salman Mümtaza 1956-cı il noyabrın 16-da SSRI Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verildi. Salman Mümtazın işinə aid ittihamnamə ləğv edildi.
Tarix: 19.01.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 375 Bölmə: Şairlər və Yazıçılar