Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kartofun faydaları

Kartof qida əhəmiyyətli, dərman xüsusiyyətli, texniki və nektar təbiətli bitki sayılır. Kartofun kök yumrularının tərkibində insan orqanizmi üçün lazım olan zəngin bioloji aktiv maddələr var.
Kartofda C vitamini çox olduğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər kartofda olan C vitamini orqanizmin bu vitaminə olan gündəlik tələbatını ödəyir.Lakin kartofu çox saxladıqda C vitamini getdikcə azalır.

Kartof göz yorğunluğu üçün də faydalıdı. Yazı yazanda,kompüterdə uzun müddət işlədikdə göz qapaqlarında əmələ gələn yorğunluğu və şişləri aradan qaldırmaq üçün kartofdan hazırlanan məlhəmdən istifadə etməyi məsləhət görürlər. Bunun üçün çiy kartofu götürüb soyun.
Sonra sürtkəcdən keçirib alınan kütləni kündə halına salıb tənzifə bükün və göz qapaqlarının üzərinə qoyub 15-20 dəqiqə saxlayın.
Qısa bir zamanda göz qapaqlarında əmələ gələn şiş və yorğunluq heç bir iz qoymadan keçib gedəcəkdir.
Kartofdan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə etmək də müsbət nəticə verir. Belə ki, yanğı hissi, qastrit, mədə xorası, hipertoniya üçün 2-3 ədəd kartofu yuyun, sürtkəcdən keçirin (qabığı ilə birgə), 5-6 qatlı tənzifin arasına qoyub sıxın. Bu şirəni yeməkdən 30 dəqiqə qabaq 50 — 100 ml olmaqla gündə 3-4 dəfə qəbul edin.

Mədə narahatçılığı üçün kartof nişastasından kisel bişirin və için. Bu, mədənin selikli qişasına sakitləşdirici təsir bağışlayır, orqanizmdən zəhərli maddələrin xaric olmasına kömək edir.

Ekzema, yanıqlar və başqa zöhrəvi xəstəliklərdə kartof nişastası (100 qr nişasta 1 vedrə su nisbətində) qatılmış vanna qəbul etmək, bundan başqa çiy kartofu sürtkəcdən keçirib dərinin yanıq olan nahiyəsinə qoymaq da müsbət nəticə verir.

Soyuqdəymə, haymorit (qaymorit) xəstəlikləri üçün yuyulmuş kartofu qabığı ilə birgə qaynadıb, başınıza dəsmal salaraq üzünüzü kartof buxarına tutun.

Kartof həmçinin saçların möhkəmliyi üçün də faydalıdır. Əgər saçlarınız tökülürsə, həftədə bir dəfə sürtkəcdən keçirilmiş kartof və zeytun yağı maskasından istifadə edməniz məsləhətdir.


Tarix: 10.12.2014 / 17:01 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...