Limon ruta (Rutaceae) fəsiləsindən olub,respublikamızda geniş yayılmışdır.Azərbaycanın subtropik rayonlarında (Lənkəran,Astara və s.) çox geniş becərilir və əkin sahələri ildən ilə genişləndirilir.
Limon meyvəsinin qabıq hissəsində 3-6%-ə qədər efir yağı olur ki, bunu da limon meyvəsinin qabıqlarından xüsusi aparatda sıxmaqla alırlar.Alınan limon yağı maye halında olub,xoş ətirli iyə malikdir. Onun tərkibinin 90%-ni terpen-limonen adlı ətirli maddələr,3-6%-ni isə son dərəcə xoş ətirli iyi olan sitral aldehidi təşkil edir.Bu maddələr limon yağının ən qiymətli hissəsidir.
limon ağacı
Limon yağından ən çox ətriyyat sənayesində,qiymətli ətir və odekolonların tərkibində istifadə edilir.Təbabətdə isə limon yağı bir sıra mürəkkəb dərmanların tərkibində xoş ətirli maddə kimi işlədilir.Son illərdə limondan sitral aldehidi alınır ki,ondan 2-3%-li spirtli məhlul şəklində hipertoniya xəstəliyinin müalicəsində damcı şəklində qəbul olunur.Limon meyvələrinin şirəsində 8-9% limon turşusu da vardır.Buna görə bir sıra ölkələrdə (İtaliya,İspaniya və s.)limon meyvələrindən sənaye miqyasında tibb üçün yararlı limon turşusu istehsal edilir.Bu turşudan da «natrium sitrat» adlı preparat hazırlanır ki, bu da qanköçürtmə institutlarının təcrübəsində donor qanını konservləşdirmək məqsədilə işlədilir.
Limonun meyvələri eyni zamanda C və P vitaminləri ilə də zəngindir.Bu vitaminlər limon meyvələrinin qabıq hissələrində daha çox olur.Odur ki,limonlu çayın içilməsinin böyük müalicəvi əhəmiyyəti vardır.Limon həmdə çox qüvvətli bakterisit təsirə malikdir.O angina və avitaminoz xəstəliklərinə qarşı ən effektli vasitədir.
UPD. Limondan mütəmadi istifadə edən şəxslərin xüsusi pəhriz saxlamasına, qəbul etdiyi kalorinin miqdarını hesablamasına ehtiyac yoxdur.Rusiya KİV-nin verdiyi məlumata görə, həkimlər bunun üçün qidaya bir neçə xörək qaşığı limon suyu qatmağı, yalnız lap zərərli və yağlı yeməklərdən imtinaya çağırır. Dietoloqların sözlərinə görə, limon pəhrizi vasitəsilə yalnız artıq çəkidən xilas olmaq yox, orqanizmin zəifləməsinin qarşısını almaq da mümkündür.
Həkimlər limon suyunun həzm prosesini sürətləndirdiyini, qanda şəkərin miqdarını azaltdığını bildirir. Onun tərkibindəki xüsusi maddə iştahı azaldır.
Limon pəhrizinin əsas şərti isə acqarına limon şirəsi qatılmış su içməkdir.
UPD 2. Qidalanma üzrə mütəxsəssislər limonun yoluxucu xəstəliklərə, zəhərlənməyə və ağız qoxusunun aradan qaldırılmasına qarşı effektiv bir sitrus meyvəsi olduğunu bildirirlər.
Mütəxəssislərin fikrincə, limondan dərinin parlaq olması, eləcə də bədəndəki sızanaq və ləkələrin təmizlənməsində də istifadə edilir. Həkimlər isə limon yağının bir çox faydası olduğunu deyirlər. Belə ki, fiziki baxımdan zəif olan insaların limon yağından istifadə etmələri tövsiyə olunur. Limon yağını qabığından ayırmaq surətilə iflicin qarşısının alınmasında istifadə olunduğu məlumdur.
Turş limon ürək döyüntüsünü tənzimləyir, ondan hazırlanan marmelad boğaz və ağ ciyər faydalıdır. Limonun ətli hissəsini heç nəsiz yemək isə mədəyə ziyandır. Marmeladı balla qarışdırıb yemək həzmi asanlaşdırır. Limon yarpaqları mədəni və bağırsaqları qüvvətləndirir, suyu isə mədə divarları üçün faydalıdır.
Habelə, limonun sarılıq xəstəliyinin müalicəsində da faydalı olduğu öyrənilib. Həkimlər limonun faydalarından yararlanmaq üçün limondan hazırlanan qida qəbul etməzdən əvvəl yaxud sonra neç bir şey yeməməyi tövsiyə edirlər.
Digər tərəfdən, suda qaynadılan iki ədəd limon çərdəyi zəhərlənmə və əqrəb sancması hallarında məlhəm kimi də istifadə olunur. /AzeriMuslims/
UPD 3. Limon mikrobların qənimidir
Limonun qiyməti ilk növbədə onun tərkibində külli miqdarda S vitamini olmasındadır. Bədənə daxil olan mikrobları dərhal blokadaya alıb məhv edən və qana keçməyə qoymayan bu vitamin haqqında təkcə onu demək kifayətdir ki, xərçəng kimi dəhşətli xəstəliyin yaranmasının səbəblərindən biri orqanizmdə S vitamininin qıtlığıdır.
Elə təkcə 90-100 milliqram/faiz S vitamini ilə zəngin olmağı bəs edər ki, limon daim ruzumuz olsun. Onun tərkibində S vitaminindən əlavə 8 faiz çox üzvi turşu (əsasən, limon turşusu), 3 faiz şəkər, azotlu maddələr, mineral maddələr, kalium, mis, A, B1, B2, P vitaminləri, fitonsidlər, qabığında efir yağı var.
Mədəsində problem olan, yaxud qan təzyiqi tez-tez aşağı düşən bəzi xəstələr limon yeməkdən və yaxud şirəsini içməkdən çəkinirlər. Limonun turş olması adamlarda belə bir yanlış fikir yaradır ki, o, mədə şirəsini çoxaldır və qan təzyiqini aşağı salır. Bu, belə deyil. Mədədə turşuluğu artıran zülalla zəngin olan qidalar — ət, pendir, yumurta, yağ və digərləridir. Limon şirəsini su ilə və yaxud portağal, alma və digər meyvələrin şirəsi ilə qatışdırıb içəndə mədədəki və qandakı turşu neytrallaşır.
Hər gün kifayət qədər meyvə-tərəvəz, o cümlədən limon yeyən adamın heç bir virusdan qorxusu yoxdur. Belə adamı qrip də tutmaz. Qızdırma, sarılıq, sinqa, böyrək xəstəliklərinin, vərəm, revmatizm, babasil, ateroskleroz, şəkərli diabet və bir çox digər xəstəliklərin müalicəsində limon şirəsi tətbiq etmək yaxşı səmərə verir.
Limonda olan pektin maddələri çirkli sular və zəhərli qidalar vasitəsilə orqanizmə daxil olan, orada yığılıb qalan ağır metalları kənarlaşdırmaq qabliyyətinə malikdir.
Limonun təzə qabığı bağırsaqda qaz əmələ gəlməsinin qarşısını alır, maddələr mübadiləsinə kömək edir, tərkibindəki acılıq antiseptik təsir göstərir, bağırsağı və qanı təmizləyir. Təzə limon qabığını təmiz spirtdə saxladıqa bu dəmləmədən iştahaçan, bihuş vəziyyətdən çıxaran vasitə kimi istifadə etmək olar. Limon sinir sistemini sakitləşdirən təsirə malikdir, qusmanın qarşısını alır.
Hər gün təzə limonun və təzə portağalın ətrini bir neçə dəfə ciyərlərinə çəkən adamın görmə qabliyyəti xeyli yaxşılaşır.
Limon şirəsindən xarici fəsadların aradan qaldırılmasında da geniş istifadə olunur. Onu suya qatıb ağızı və boğazı hər gün qarqara etmək yaxşı nəticə verir. Limon şirəsindən burundan qanaxmanı saxlamaq üçün, dəri göbələkləri və dərinin infeksion zədələnməsi müalicəsində də istifadə olunur.
Limon şirəsi həm də kosmetik vasitədir. Ondan dəridəki ləkələri, üzdəki çilləri aradan götürmək, bədəndəki, başdakı qaşınmanın qarşısını almaq üçün də istifadə edə bilərsiniz.
Ərşad ƏZİMZADƏ,
«Ana Təbiət» Natural Gigiyena
Mərkəzinin rəhbəri, yazıçı-jurnalist
Limon qabığı
Limonun qabığı dəri xərçənginə qarşı güclü vasitədir və onda C vitamini vardır.
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, limon qabıqlarında olan “D-limonene” adlı maddə dərinin dərmanıdır. D-limonene sitrus meyvələri yağında olan və şişin inkişafına mane olmaqla dəri xərçənginə tutulmaq ehtimalını aşağı salan bir birləşmədir.
Limonun qabıqlarını çaya, sürtgəcdən keçirməklə makaron sousuna, salata, keks və peçenyelərə qata bilərsiniz. Bu, dəri üçün də faydalıdır. Lakin qabıqlar günəş şüası altında qaldıqda tərkibindəki C vitamini oksidləşir ki, bu da sağlamlıq üçün təhlükəlidir.
Limon qabığı sinir sisteminə müsbət təsir edir, bakteriyaları öldürür və ürəyi rahatladır, qaraciyər və öd kisəsi üçün faydalıdır, mədə turşuluğunu, başağrısını aradan qaldırır.
Tarix: 10.12.2014 / 16:47 Müəllif: Aziza Baxılıb: 302 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər