Xurma (korolyok)
Dadına, qidalığına, müalicə və pəhriz xassələrinə görə subtropik meyvələr içərisində sitrus meyvələrdən sonra ikinci yeri tutur. Xurma mədə pozğunluğunda pəhriz yeməyidir.
Xurmanın şirəsi bakteriyaları öldürmə qabiliyyətinə malikdir. Xalq təbabətində quru yarpaqlarının tozu (poroşok) qankəsici və sidikqovucu kimi işlədilirdi. Meyvələri mədə xəstəliklərində, xüsusilə, qəbizlikdə işlətmə vasitəsi kimi işlədilirdi. Sinqa xəstəliyində onu profilaktika və müalicə vasitəsi hesab edirdilər. Xurma, xüsusilə, uzun sürən xəstəlikdən sonra məsləhət görülürdü.
Tarix: 22.08.2012 / 03:25 Müəllif: [Ram] Baxılıb: 851 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...