Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Püstə

Püstənin müalicəvi əhəmiyyəti qədim xalqlara məlum idi. Onu heyvan zəhərinə qarşı güclü vasitə hesab edirdilər. Ləpəsi ümumi qüvvətləndirici xassəyə malik olduğu üçün onu ağır xəstəliklərdən sonra yeməyi məsləhət görürdülər. Gərgin fiziki və elmi əmək zamanı püstə yemək faydalıdır.

Xalq təbabətində püstənin ləpəsi qaraciyər və mədə sancısında, həmçinin qan azlığında işlədilirdi. Qusma, öskürək və vərəm əleyhinə vasitə kimi istifadə edilirdi. O ürəyin fəaliyyətini yaxşılaşdırır, kişiliyi qüvvətləndirir, ürək döyüntüsündə, böyrək zəifliyində, sarılıq və dalaq xəstəliklərində faydalı hesab olunur. Bədəni kökəldir. Qətranından xarici yara və sızaqlarda istifadə olunur.

Püstə, badam yeyib üstündən albalı şirəsi içdikdə qanazlığında kömək edir. Kurs 10 gündür. 5-10 gün püstə yemək qaraciyər xəstəliyində faydalıdır.


Tarix: 22.08.2012 / 03:23 Müəllif: [Ram] Baxılıb: 594 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...