Zəfəran bənövşəyi çiçəyin içərisində olan xoş qoxulu bitkidir. Əsrlərdir dünyanın bir neçə ölkəsində yetişdirilən bu qiymətli bitki onlarla dərdin dərmanıdır. İlk olaraq zəfəran iştah açıcıdır. Onun qoxusu bədənin müqavimətini artırır. Sinir zəifliyini arada qaldırır. Qoxusu sakitləşdirici təsirə malikdir.
Zəfəran tempereturu salır, öskürəyi kəsir. Bu özəlliklərinə görə, astma və bronxit xəstəliklərində faydalıdır. Bundan əlavə bu qiymətli bitki qaraciyər, öd, ürək, göz zəstəliklərinin də dərmanı ola bilər. Zəfəran diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir.
Zəfərandan necə istifadə etmək olar?
Göz xəstəliklərinin müalicəsində stəkana 5 qurudulmuş zəfəran telinin üzərinə 2 xörək qaşığı qaynar su əlavə edərək dəmə qoyurlar. 2 dəqiqədən sonra təmiz pambığa 2-3 damcı hopdurup səhər və axşam gözü silirlər. Əvvəlcə 3, ikinci gün 5, üçüncü gün 7, dördüncü gün isə 10 dəfə silmək lazımdır. Bu müalicə nəticəsində gözün görmə qabiliyyəti çox yaxşılaşır.
5 qurudulmuş zəfəran teli əzilib toz halına salınır. Sonra bərabər miqdarda gülab qatılıb sıyıq hazırlanır. Bu məlhəmi gözə sürtdükdə gözdə əmələ gələn bütün xəstəlikləri müalicə edir.
“Qızıləhmədi” almasınin içərisini oyub oraya bir neçə zəfəran teli qoyulur. 24 saatdan sonra hər 3 saatdan bir qapağı açılmaqla iyləmək yaddaşı möhkəmləndirir, beyni qidalandırır, baş ağrılarını kəsir və əhval-ruhiyyəni yaxşılaşdırır.
100 qram təmiz balı emallı qaba tökür, vam odun üstündə əridir, üzərinə 50 ədəd əzilib toz halına salınmış zəfəran teli əlavə edilir və yaxşı-yaxşı qarışdırılır. Axşam və ya səhərlər bir çay qaşığı qəbul edilir. Bu, böyrək daşı xəstəlikləri üçün xeyirlidir.
Zəfəranı yumurta sarısı ilə qarışdıraraq məlhəm kimi çibanların üzərinə yerləşdirmək olar.
Tarix: 10.12.2014 / 16:58 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər