Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bitkilər aləmindən maraqlı məlumatlar

Elə bitkilər var ki, təsirlərə reaksiya verir. Məsələn, küsdüm ağacının bir budağında olan yarpağa toxunduqda, qalan yarpaqlar təhlükə hiss etmiş kimi yığışır. Turşəng bitkisində də belə xüsusiyyət vardır.
***
Panama kanalı yaxınlığında "işıq ağacı" bitir. Ağacın şama oxşar yağlı meyvələri olur. Yerli əhali meyvənin içinə piltə salaraq, onu şam kimi yandırırlar. Adi şamlar kimi hiss eləmədən 3-5 saat yanır.
Aloe ağacına oxşayan bitki otaqda nəinki təkcə yarşıq üçün, hətta müalicə xüsusiyyətinə görə saxlanan aloyenin tayıdır. Qədimdə əsgərlər bu bitkinin şirəsi ilə yaralarını sağaldırdılar. Indi də xalq təbabəti müxtəlif xəstəliklərin müalicəsi üçün həmin bitkidən istifadə edir. aloe bitkisi
*** Macarıstanda Vyetnamdan alınmış xiyar toxumundan 170 sm uzunluğunda xiyar yetişdirilmişdir.
***
Soci və Qaqranı sakinləri ağacda yetişən konfeti daha çox xoşlayırlar. Üstü qabıqla örtülmüş qəhvəyi rəngli bu konfet şirinliyi və dadına görə heç də adi konfetdən geri qalmır. Onun çiçəyi nektarla zəngindir. Konfetin tərkibində 35 % şəkər var. Bundan başqa, konfetin tərkibində şəfaverici maddələr də vardır. Astma xəstəliyinə tutulanlar üçün çox faydalıdır.
***
Xəstə bitkilər də başqa canlılar kimi titrədib- qızdırır. Xəstə bitki ilə sağlam bitkinin gövdələrinin temperaturu arasında fərq olur. Xəstə bitki tez- tez nəfəs alır və temperaturu yüksək olur.
***
Ən böyük nəbatət bağı Londondadır. Bu bağda 24 min müxtəlif bitki növü vardır. Nəhəng bağın sahəsi 110 hektara bərabərdir.
***
Dünyada elə bitki vardır ki, şirəsi qənddən 300 dəfə şirindir. Bir stəkan qəhvəni və ya çayı şirin etmək üçün bitkinin bir damcı şirəsi kifayətdir.
***
Yaponiyada bitən sofora bitkisinin tünd şabalıdı toxumları çox zəhərlidir. Sofora bitkisinin zoğlarında 2.5 %, yarpaqlarında isə 3.2 % paxikarpin, sofokarpin və matrin kimi zəhərli maddələr vardır. Ona görə də zəhərli bitkilərə toxunandan sonra hər bir adam əllərini mütləq sabunla təmiz yumalıdır. Çünki bəzi bitkilərin şirəsi ələ dəydikdə dəri vasitəsilə dərhal qana keçir və zəhərlənmə baş verir.
Oleandr, sezalpiniya, kökatan, sumaq, yapon soforası və b. Çox geniş yayılmış zəhərli bitkilərdir. Respublikamızın bütün parklarında, bağlarında, küçə və meydançalarında bəzək bitkiləri kimi istifadə edilən bu bitkilərər rast gəlmək olar.
Məlumdur ki, Napoleon Rusiya üzərinə hücüm edərkən 12 fransız əsgəri oleandr çubuğunda kabab bişirmişdi. Onlardan səkkizi zəhərlənib ölmüşdü.
***
Adi ardıc, şam və bir sıra başqa iynəyarpaqlı ağac və kollar mərkəzi sinir sisteminə, ürəyə, böyrəyə pis təsir edir. Mədədə həzm prossesini pozur. Onların yarpaqlarında, yaşıl zoğlarında və gövdəsinin qabığında zəhərli alkoloidlər, qlukozidlər, efir yağları, üzvi turşular və başqa birləşmələr tapılmışdır.
Ona görə də yaşayış binalarının, uşaq bağçalarının yaxınlığında bu bitkiləri əkmək məqsədəuyğun deyildir.
***
Ağaclar axşam saat 9-dan səhər 6-ya kimi böyüyür. Avstriyalı alim doktor qonzaleskinin apardığı çoxlu müşahidələr göstərmişdir ki, gün ərzində ağacın inkişafının 90 %-i gecələr olur, 10 %-i isə axşamçağına düşür. Qalan vaxtlar ağaclar "yatır", böyümək üçün güc toplayır.
***
Afrikada təsadüf edilən baobab çox dözümlü və davamlı ağacdır. Bəzən ağaca yanğın düşür, alov onun yarısını yandırır, tələf edir. Bir müddət keçəndən sonra ağac yenidən dirçəlib göyərir.
Baobab ağacı çox böyük olur. Bu nəhəng ağacın kötüyünün dairəsi bəzən 30-40 m-ə çatır. Ağacın özü o qədər yumşaq olur ki, onu güllə dəlib keçir. Bu ağacın gövdəsindəki oyuqda 20 adam rahat yerləşir.
Baobabın ömrü çox uzundur. Bəzi hallarda ağacın yaşı 5 min ilə çatır.


Tarix: 10.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...