Evkalipt cinsinin dünyada təxminən 500-ə qədər növü vardır. Tibbi cəhətdən ən əhəmiyyətli növlərindən biri kürəşəkilli evkalipt, Eucalyptus globulus labill bitkisidir. Dünyanın ən nəhəng ağacı olub, vətənində (Avstraliyada) hündürlüyü 150 metrə çatır. Bu bitki bəzi digər səciyyəvi xüsusiyyətlərə də malikdir. Nəhəng ağac olmasına baxmayaraq onun kölgəsi olmur, çünki yarpaqları yerə perpendikulyar vəziyyətdə dayanırlar. Bu bitkiyə heterofiliys (müxtəlif yarpaqlı) əlaməti xasdır.
Belə ki, kürəşəkilli evkaliptdə yarpaq dar 2 formada və 2 düzülüşdə olurlar. Bitkidəki cavan yarpaqlar yumurtavarı və ya enli lansetvari formada olub, supsativ (qarşı-qarşıya, cüt-cüt) yerləşmişlər, saplaqlıdırlar. Bitkinin yaşlı yarpaqları oraqşəkillidirlər, saplaqlıdır və növbəli düzülmüşlər. Evkalipt ağacları özlərinə çoxlu su çəkmək xüsusiyyətinə də malikdirlər. Onların bu xüsusiyyətindən bataqlıqları, gölməçələri qurutmaq, ağcaqanadları məhv etmək və dolayı yolla malyariya xəstəliyinin kökünü kəsmək üçün istifadə edilir.
ekvalipt bitkisiEvkalipt çox böyük cins olub, Avstraliyanın və qonşu adaların florasının ¾ hissəsini təşkil edir. Aralıq dənizi sahili və Qaradəniz sahili ölkələrində Qaradəniz sahili ölkələrində, həmçinin, həmçinin Afrikada,Hindistanda, İndoneziyada, Yeni Zelandiyada,Cənubi Amerikada bu bitkinin sənaye əhəmiyyətli plantasiyaları vardır. MDB ölkələrindən Qərbi Gürcüstanda, Rusiyanın Krasnadar Vilayətində, Azərbaycanın Lənkəran, Astara, Masallı və Abşeron (Mərdəkan dendroparkının yanında) rayonlarında becərilir.
Dərman bitki xammalı kimi kürəşəkilli evkaliptin yarpaqları - Folia Eucolypti istifadə olunur. Yarpaqlarını noyabrdan yeni ilin aprel ayına qədər olan dövrdə toplayırlar, yaxşı ventilyasiyalı mənzillərdə, qalınlığı 10 sm-ə qədər olan təbəqə ilə sərib qurudular və ya qurudulması 40 C-dən yüksək olmayan temperaturda quruducu qurğularda həyata keçirirlər.
Evkaliptin yarpağı zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində 3 faizə qədər efir yağı, flavonoidlər, aşı maddələri, ellaq turşusu, qətran maddələri, üzvi turşular və digər maddələr aşkar edilmişdir. Efir yağının əsas komponenti sineol maddəsidir. Ondan başqa efir yağının tərkibində komfor, fenxen, terpieoe, seskviterpen spirtləri və digər müşayiət edici maddələr vardır.
Tərkibilərindəki efir yağının polifenol birləşmələrinin (flavonoidlər, aşı maddələri digər) sayəsində evkaliptin yarpaqları aydın nəzərə çarpan antiseptik, iltihabkəsici,antibakterial, ağrıkəsici və digər təsirlər göstərirlər.
Evkaliptin yarpağının qalın preparatları (dəmləmə, bişirmə və digər) antiseptik təsirli vasitə kimi qarqara və inhalyasiya şəklində yuxarı tənəffüs yollarının xəstəliklərində, qadın cinsiyyət yollarının iltihablı xəsətliklərində, həmçinin təzə və infeksiyalı yaraların müalicəsində tətbiq olunurlar. Bu preparatları abseslərdə, fleqmanlarda, irinli mastitlərdə, çətin sağalan infeksiyalı xroniki xoralarda, həmçinin dematoloji təcrübədə müxtəlif irinli xəstəliklərdə təyin edirlər.
Ginekoloji xəstəliklərdə evkaliptin yarpağının dəmləməsi və bişirilməsini cinsiyyət yollarını silmək üçün istifadə edirlər. Evkaliptin yarpağının efir yağı fleqmon,furunkulyoz, uşaqlıq boyununun eroziyası və xoralarında, yuxarı tənəffüs yollarının katarında, miozitdə, radikulitdə və digər xəstəliklərdə ağrıkəsici sürtmə dərmanı kimi istifadə olunur. Evkalipt yarpağından, tərkibi xlorofillərin qarışığından ibarət olan "xlorofillipt" preparatı alınır. Bu preparat antibakterial təsirə malik olub, yanıqların və trofiki xoraların müalicəsində yerli təsir göstərən vasitə kimi istifadə edilir. Beləliklə evkalipt çoxtərəfli müalicəvi təsirlərə malik olan effektli dərman bitkisi kimi təbabətdə özünə möhkəm yer tutmuşdur.
Tarix: 10.12.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 114 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər