Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mixək və zəfəran

Mixək Caryophyllus Aromaticus-qərənfilçiçəklilər (Caryophyllaceae) fəsiləsindəndir.Əsil vətəni Cənubi Asiyadır.Mixək çox qiyməli efir yağlı bitkidir.Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə,həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur.Xüsusən Misirdə,Çində,Romada mixək daha qədimdən becərilir.
Çin etiketində belə bir adət varmış ki,imperatorun qəbulundə olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəslərindən ətirli iy gəlsin.

Ədəbiyyatdan məlumdur ki,6-cı əsrdə Trallianus və digər roma hakimləri mixəkdən müalicə məqsədilə istifadə etmişlər.
1521-ci ildə mixək bitkisini ilk dəfə təsvir edib,onun haqqında ətraflı məlumat verən alim Piqafetta olmuşdur.



Mixəyin tərkibində 17-20% efir yağı və 20%-ə qədər aşı maddələr vardır.Mixək bitkisinin tərkibində olan ən qiymətli maddə onun çiçəklərindəki efir yağıdır.Efir yağına xoş ətirli iy verən evgenol və asetil evgenoldur.
Mixək ətriyyat sənayesində baha qiymətli ətir və odekolonların tərkibində geniş istifadə olunur.Təbabətdə isə mixəyin efir yağından və əsas tərkib hissəsi olan evgenoldan xəstə dişin müalicəsində,onun iltihabını aradan qaldıran,dezinfeksiya edən və ağrıkəsən dərman kimi işlədilir.

Mixəklə bağlı bir müasir bayatımız da var.
Mixək əkdim ləyəndə
Mixək boynun əyəndə,
Yeddi qurban demişəm,
Əlim əlinə dəyəndə


Zəfəran Crocus Sativus-zanbaq (Ziliaceae) fəsiləsindəndir.Zəfəran bitkisinin cinsi adı yunan sözü "Krokus-saplar" (dişi şişəklərinə görə verilmişdir),növ adı -latın sözü "sativus" əkilən deməkdir.

Hələ eramızdan çox əvvəl İran,Vavilon,Midiya hökmdarları zəfərandan ayaqqabılarını sarı rəngə boyamaq üçün təbii boyaq kimi işlətmişlər.Tarixi məlumata görə dünyanın çox ölkələrini zəfəranla tanış edən İran olmuşdur.
Məlumdur ki,zəfəran bitkisinin ancaq dişicik çiçəklərindən istifadə edirlər.Hesablama nəticəsində müəyən edilmişdir ki, 1 kq zəfəran saçağı əldə etmək üçün 200 minə qədər çiçək toplamaq lazımdır.


Zəfəranın tərkibi əsasən iki təsiredici maddədən ibarətdir.Bu pikrokrosin və krosindi.
Pikrokrosin rəngsiz halda acı və rəngsiz maddədir.Krosin sarı rəngdə maddədir.O spirtdə və suda yaxşı həll olur.Krosin zəfəranın boyayıcı maddəsi hesab olunur.
Zəfərandan məlum olduğu kimi,yeyinti sənayesində geniş istifadə edilir.Elmi təbabətdən isə ondan cövhər şəklində,eləcə də tiryək damcısının tərkibində, mədə bağırsaq xəstəliklərinin müalicəsində sakitləşdirici və ağrıkəsici dərman kimi istifadə olunur.
Xalq təbabətində zəfərandan zəiflikdə və sinir sisteminin yorğunluğunda orqanizmin fəaliyyətini artıran qüvvətverici maddə kimi işlədilir.
Zəfərandan Azərbaycan xörəklərinə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranli aş", "Zəfəranlı piti" adlanan Azərbaycan xörəkləri çoxumuza məlumdur.


Tarix: 10.12.2014 / 16:48 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...