Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəvədabanı

Dəvədabanı Azərbaycanda geniş yayılıb. Məmləkətimizin dağ və meşələrində ehtiyat daha çoxdur. Təbiət özü bu ehtiyatı qoruyub saxlayır. Qurudulmuş yarpaqlarının sulu dəmləməsi soyuqdəymədən baş vermiş tənəffüs yolları xəstəliklərində, öskürəkdə, bronxial astmada daxilə qəbul edilir. Yarpaqlarını, eləcə də vena damarlarının iltihabında, dəri xəstəliklərində xaricə işlədilir.
Xalq arasında dəvədabanı yarpaqlarını gicitkən yarpaqları ilə bir yerdə dəmləyib baş tükünü möhkəmlətmək üçün işlədirlər. İstifadəsi: Bitkinin qurudulmuş və xırdalanmış yarpaqlarından 2-3 xörək
qaşığı 2 stəkan suda dəmləyib, gündə 3 dəfə hər dəfə yarım stəkan daxilə içirlər.


Tarix: 07.01.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 349 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...