Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara zirə (çörəkotu)

KİMYƏVİ TƏRKİBİ-Qara zirə yağının tərkib hissəsi 100dən çox komponentdən ibarətdir.Onlardan bəziləri isə hələ də tədqiq olunmayıb. Qara zirənin toxumunun tərkibində aşağıdakı yağlı turşular: Myristic(0.5%), Palmitic(13.7%), Palmitoleic(0.1%), Stearic(2.6%), Oleic(23.7%), Linoleic(Omega-6)(57.9%), Linoleic(Omega-3)(0.2%), Arachidic(1.3%) və zülal,kalsium,dəmir,mis,sink,fosfor,tiamin,riboflavin,pyridoxine,niasin,folasin kimi qida komponentləri vardır.
Yuxarıda qeyd etdiyimiz kimi,1959-cu ildən etibarən beynəlxalq universitetlərdə bu sahədə 200-dən çox tədqiqat işləri aparılmışdır.Məhs bütün bunlar qara zirənin hələ 1400 il bundan əvvəl Peyğəmbərin bildirdiyi:"Qara zirədə ölümdən başqa bütün xəstəliklərin şəfası vardır.."hədisinin çox böyük əhəmiyyətə malik olmasını danılmaz bir şəkildə təsdiq etmişdi.
QARA ZİRƏNİN VƏ QARA ZİRƏ YAĞININ İSTİFADƏ EDİLDİYİ BƏZİ TİBB SAHƏLƏRİ.
1.Qara zirənin üyüdülmüş dənələrini balla qarışdırılmış halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir.
2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir.
3.Qara zirənin qəbul edilməsi mədə və bağırsaq qurdlarını məhv etməyə kömək edir.
4.Soyuqdəymələrdə və revmatizm hallarında qara zirəni qaynadaraq ondan hazırlanan kompresi başa qoymaq olduqca xeyirlidir.
5.Bəlğəmə qarşı qara zirəni limon şirəsi ilə qarışdırıb qəbul etmək lazımdır.
6.Qara zirənin tüstüsü ağcaqanadları və digər həşəratları uzaqlaşdırır.
7.Eləcə də qara zirədən təzə çıxan xalların üzərinə qoymaqla onların inkişafının qarşısını almaq və ümumiyyətlə dərini təmizləmək üçün istifadə edilməsi məsləhət görülür.
8.Qotur xəstəliklərində sirkə ilə qarışdırılmış qara zirədən hazırlanan pastanın istifadə edilməsi məsləhət görülür.
9.Dəri yaxşı vəziyyətdə olmadıqda qara zirəni yağla qarışdırılmış halda qəbul etmək lazımdır.
10.Qara zirənin qəbul edilməsi onurğa beyninin və immun sisteminin həyat üçün vacib olan hüceyrələrinin yaranmasını stimullaşdırır.
11.Bundan başqa,alimlər demişlər ki,artıq qeydiyyata göyürülmüş faktlar onu göstərir ki,qara zirə xərçəng şişlərinin müalicə məqsədiylə tətbiq edilməsi və onların qarşısını almaq üçün ideal namizəddir.
12.Qara zirənin qəbulu qanda olan şəkərin səviyyəsini kəskin şəkildə azaldır və beləliklə,bu bərəkətli bitkinin çox saylı xəstəliklərə,o cümlədən diabetə qarşı gözəl müalicə vasitəsi olması faktını bir daha təsdiq edir.
13.Xərçəng xəstəlikləri zamanı hər səhər bir ədəd orta həcmli zirə soğanının şirəsini acqarına içmək tövsiyyə edilir.Bunu 1ay ərzində davam etmək lazımdır.
14.Həmçinin boğaz xərçəngində də hər gün davamlı olaraq balla qara zirə yağı içmək tövsiyyə edilir.
15.İshal xəstəliyi zamanı möhkəmlədici vasitə kimi və habelə sidik ifrazatı ilə bağlı çətinliklər yarandıqda qəbul edilir.
16.Zirə yağı-ilan çalmalarında zəhərə qarşı yaxşı vasitədir.
17.Linfobağlamalara müsbət təsir göstərərək onların azalmasına səbəb olur.
18.Tük örtüyünü bərpa edir və saçların ağarmasına qarşı istifadə edilir.
19.Əgər zirə dənələri 1 saat ana südündə isladılsa və ondan sonra hepatit xəstəliyinə tutulmuş xəstəyə qoxuladılsa,yaxşı müalicə təsiri almaq mümkündür.
20.Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün süsən çiçəyinin yağı ilə qarışdırılmış,döyülmüş zirə dənələrini iyləmək lazımdır.
21.Dəri xəstəliklərinin,iltihablı qoturun(qaşınmaların),cüzamın müalicəsində sirkə sarğıları qoyularkən istifadə edilir.
22.Köhnəlmiş bərk şişlərdə istifadə edilir.
23.Anus dəliyini zirə yağı ilə yağladıqda bağırsaq qurdlarından təmizlənmək olar.
24.Xroniki baş ağrılarında və üz siniri iflicində zirə dənələrini gecə vaxtı sirkədə isladaraq həvəngdə döydükdən sonra iyləmək lazımdır.
25.Damarların tıxaclanmasının müalivəsində ən etibarlı vasitələrdən biridir.
26.Balla qarışdırılmış zirə böyrək daşlaşması xəstəliyinə və sidik kisəsində daşlaşmaya qarşı müalicədə istifadə edilir.
27.Soyuqdəymə xəstəliklərində buruna damcılama aşağıdakı qaydada hazırlanır:zirə dənələrini qovurur,həvəngdə döyür,ona bir qədər yağ qatır və hər burun pərəsinə 3-4 damcı damızdırırlar.
28.Zirə,qızışdırıcı kompres kimi,alına qoyulan sarğılarda tətbiq edilir.
29.Sakitləşdirici xassəyə malikdir və əsəb sisteminə yaxşı təsir göstərir.
30.Qan dövranını və üzün rəngini yaxşılaşdırır(bu məqsədlə zirəni ancaq səhərlər qəbul etmək lazımdır).
31.Zirə yağı damar xəstəliklərinin müalicəsində,o cümlədən,baş beynin damarlarının sklerozunda güclü təsirə malikdir.
32.O,böyrəklərdə və sidik kisəsində yaranan daşları əridir.
33.Körpə əmizdirən ananın südünün artmasına kömək edir.
34.Bağırsaq qurdlarının məhv edilməsinə səbəb olur.
35.Sürtmə yolu ilə ziyilləri əridir.
36.Zökəmi.təngnəfəsliyi,sarılığı və impotensiyanı müalicə edir.
Bu,zirə yağının istifadə edildiyi bəzi xəstəliklərin siyahısıdır.Bundan başqa yağın bir çox digər özəl xüsusiyyətləri vardır.
ƏKS GÖSTƏRİCİLƏR VƏ YAN TƏSİRLƏR.
Qara zirənin müntəzəm olaraq qəbulu orqanizmin xəstəliklərə müqavimət göstərmə imkanını çox gözəl tərzdə yaxşılaşdırır. Hamilə qadınlara və köçürülmə orqanlar(ürək,böyrək,qaraciyər) qoyulmuş xəstələrə həmin preparatın tətbiqi qadağandır,çünki,bu zaman bədənin immuniteti gücləndiyi üçün,köçürülmüş orqan rədd edilə bilər.
Arzuolunmaz nəticələrdən ehtiyat etmək lazım deyil.Ancaq müəyyən edilmiş dozadan artıq qəbul etməkdən çəkinin.Artıq doza mədəni və bağırsaqları qıcıqlandıra və poza bilər.
QEYD: 1 unsiya 28,35 qramadır.


Tarix: 10.12.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 157 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...