Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəhvə-Coffea Arabica

Qəhvə boyaqotu Rubiaceae fəsiləsindəndir.Lazımi miqdarda istifadə olunduqda,orqanizmin fəaliyyəti və qüvvəti xeyli artır,eyni zamanda fiziki və zehni yorğunluq götürülür.
Qəhvə poroşok halına salınmış qəhvə ağacının toxumlarıdır.Bu ağacın isə əsl vətəni Həbəşistan və Ərəb ölkələridir.Bu qiymətli bitki çox qədimdən Hindistanda və Yava adalarında becərilir.Lakin hazırda dünya ticarətini qəhvə ilə təmin edən əsas ölkə Braziliyadır.Bu ölkələrdə qəhvə ağaclarının beynəlxalq əhəmiyyətli plantasiyaları vardır.


Maraqlıdır ki,qəhvə bitkisini hər ölkədə yetişdirmək mümkün deyildir.Məsələn bu günə qədər qəhvə ağacını nə Avropa ölkələrində nə də digər ölkələrdə becərmək mümkün olmamışdır.
Qəhvə ağacı xeyli məhsuldar bitkidir.O ildə 3 dəfə meyvə verir.Meyvələri xarici görünüşünə görə gilasa bənzəyir.,hər bir meyvəsində qalın qabıqla örtülmüş,yastı qabarıq şəkildə iki toxumu yerləşir.
Toxumlarının tərkibində kofein alkaloidi,2%-əqədər kofein,20%-ə qədər aşı maddə,40%-ə qədər piyli yağ,0,2%-efir yağı,şəkər, üzvi turşular və digər vacib maddələr vardır.

qəhvə (kofe) bitkisi
Bir çay qaşığı qəhvə paraşokunda 0,2%kofein olur.Bu miqdarda qəhvə qəbul etdikdə insanın əmək fəaliyyəti artır,zehni və fiziki qabiliyyəti yüksəlir,əhval-ruhiyyəsi yaxşılaşır.
Yadda saxlamaq lazımdır ki,qəhvəni hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz,çünki belə şəraitdə qəhvənin tərkibində olan müalicə əhəmiyyətli maddələr efir yağı,kofein və digər qiymətli maddələr parçalanaraq öz təsirini itirir.Nəticədə qəhvəyə xas olan xoş ətirli iyi və dadı,eləcə də başqa müalicəvi maddələrin təsiri yox dərəcəsinə çatır.
Qəhvə çox faydalı və qiymətli təbii nemətdir.Lakin ondan lazımi qədər istifadə etmək məqsədə uyğundur.
Qəhvə haqqında olan bu gözəl fransız melodiyasından sonra qəhvə içmək istəyəcəksiniz:


Tarix: 10.12.2014 / 16:45 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...