Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yerkökünün faydaları

Yerkökü gözlərin sağlamlığı üçün çox faydalıdır. Bundan başqa, ürək xəstəliyi olanlar və damar sərtliyindən əziyyət çəkənlər də yerköküdən istifadə etməyi unutmamalıdırlar.

Həmçinin qanazlığı zamanı da səhər, günorta və axşam olmaqla 1 çay stəkanı təzə kök şirəsi içmək məsləhətdir.
Mədə-bağırsaq qanaxmasının qarşısının alınmasında, yorğunluğun aradan qaldırılmasında, eyni zamanda bədəndə olan zəhərli maddələrin xaric edilməsində də yerkökü mühüm rola malikdir.

Yerkökü dərini hamarlaşdırır, sızanaq və ləkələrini aparır. Buna görə də yerkökündən hazırlanan maskalardan istifadə etmək daha məqsədəuyğundur.
1 yemək qaşığı balı, 2 yemək qaşığı yerkökü şirəsini, 1 desert qaşığı zeytun yağını, 3 damcı limon şirəsini yaxşıca qarışdırıb, dərinizə çəkin. 20 dəqiqə gözlədikdən sonra isə ilıq su ilə yuyun.
Bu maskanı həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.
Digər tərəfdən, dəridəki ləkələri aparmaq üçün 2 ədəd yerkökünün və 1/2 ədəd limonun şirəsini çıxararaq qarışdırmaq və bu mayeni üzünüzə vurduqdan yarım saat sonra ilıq su ilə yumaq lazımdır. Bu maskanı gündə 3-4 dəfə pambıq vasitəsilə ləkələrin üzərinə çəkə bilərsiniz.

P.S: Yerkökünü sürtgəcdən keçirməzdən əvvəl qabığını soyun.


Tarix: 10.12.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...